Üzgüçülük məşqçisi (Swimming Trainer)

  • Истекает 27 декабрь 2026

Vəzifə öhdəlikləri

·      Müştərilərin üzgüçülük bacarıqlarının və fiziki hazırlığının qiymətləndirilməsi;

·      Müxtəlif yaş və hazırlıq səviyyələrinə uyğun fərdi və qrup dərslərinin keçirilməsi;

·      Üzgüçülük üslublarının, düzgün nəfəsalma və suya uyğunlaşma texnikalarının öyrədilməsi;

·      Dərs zamanı iştirakçıların təhlükəsizliyinə və hovuz qaydalarına riayət edilməsinə nəzarət;

·      Fövqəladə hallarda klubun təhlükəsizlik prosedurlarına uyğun operativ tədbirlərin görülməsi;

·      Müştərilərin inkişafının izlənilməsi və məşq proqramlarının yenilənməsi.

Namizədə tələblər

·      Üzgüçülük üzrə məşqçilik təcrübəsi və müxtəlif üzgüçülük üslublarını tədris etmək bacarığı;

·      Suda təhlükəsizlik, xilasetmə və ilkin tibbi yardım üzrə bilik və praktiki bacarıqlar;

·      Üzgüçülük məşqçiliyi və xilasetmə üzrə müvafiq sertifikatların olması üstünlükdür;

·      Yüksək ünsiyyət və motivasiya bacarığı;

·      Məsuliyyətlilik, pozitiv yanaşma və komandada işləmək bacarığı;

·      Azərbaycan dili biliyi; rus və/və ya ingilis dili biliyi üstünlükdür.

Biz təklif edirik

·      Peşəkar və dinamik iş mühiti;

·      Peşəkar inkişaf və təlim imkanları;

·      Stabil və uzunmüddətli əməkdaşlıq;

·      Namizədin təcrübə və bacarıqlarına uyğun əməkhaqqı.

İş şərtləri

İş yeri: Aqua Wellness Club, Bakı, 28 May, Rəşid Behbudov küçəsi 55

  • Daily0
  • Weekly477
  • Monthly1941