G Gym Management Company

Fitness Təlimçisi

  • Deadline 30 Sentyabr 2026

Atom İdman Klubu komandamıza peşəkar, enerjili və nəticəyönümlü Fitness Təlimçisi axtarır. Bu vəzifədə çalışan namizəd müştərilərin fiziki hazırlıq səviyyəsini qiymətləndirəcək, onların fərdi məqsədlərinə uyğun məşq proqramları hazırlayacaq və təhlükəsiz, effektiv məşq prosesini təmin edəcək.

Vəzifə öhdəlikləri

  • Müştərilərin fiziki hazırlıq və sağlamlıq vəziyyətinin ilkin qiymətləndirilməsi;
  • Müştərilərin fərdi məqsəd və ehtiyaclarına uyğun məşq proqramlarının hazırlanması;
  • Fərdi və qrup məşqlərinin keçirilməsi;
  • Məşqlərin düzgün, effektiv və təhlükəsiz şəkildə icrasına nəzarət;
  • Müştərilərin inkişaf və nəticələrinin mütəmadi izlənilməsi;
  • Əldə olunan nəticələrə uyğun məşq proqramlarının yenilənməsi və optimallaşdırılması;
  • Müştərilərin motivasiyasının və məşqlərə davamlılığının təmin edilməsi;
  • Müştərilərə sağlam həyat tərzi və fiziki aktivliklə bağlı peşəkar istiqamətləndirmənin verilməsi;
  • İdman zalında təhlükəsizlik və xidmət standartlarına riayət olunmasının təmin edilməsi.

Namizədə tələblər

  • Fitness və ya idman sahəsində müvafiq iş təcrübəsi;
  • Anatomiya, fiziologiya, məşq metodikası və təhlükəsizlik qaydaları üzrə biliklər;
  • Fitness və ya şəxsi təlimçilik üzrə müvafiq sertifikatların olması üstünlükdür;
  • Yüksək ünsiyyət və müştəri ilə işləmək bacarığı;
  • Müştəriləri motivasiya etmək və uzunmüddətli nəticəyönümlü münasibət qurmaq bacarığı;
  • Məsuliyyətli, pozitiv və komandada işləməyə meyilli olmaq;
  • Azərbaycan dilini yaxşı səviyyədə bilmək;
  • Rus və/və ya ingilis dili biliyi üstünlükdür.

İş yeri: Atom İdman Klubu - Bəsti Bağırova küçəsi 2A

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily63
  • Weekly177
  • Monthly63