Vəzifə öhdəlikləri
- Müxtəlif hazırlıq səviyyələrinə uyğun Fly Yoga üzrə fərdi və qrup dərslərinin keçirilməsi;
- Hamaka daxilolma və çıxma, tarazlıq, dartınma və nəfəsalma texnikalarının öyrədilməsi;
- Dərsdən əvvəl hamakların və bərkidici elementlərin vizual yoxlanılması, nasazlıqların bildirilməsi;
- Hərəkətlərin, o cümlədən inversiyaların təhlükəsiz icrasına nəzarət və zəruri dəstəyin göstərilməsi;
- İştirakçıların hazırlıq səviyyəsi və əks göstərişlər nəzərə alınmaqla hərəkətlərin uyğunlaşdırılması;
- Müştərilərin inkişafının izlənilməsi və motivasiyasının dəstəklənməsi.
Namizədə tələblər
- Fly Yoga (Aerial Yoga) üzrə praktiki məşqçilik təcrübəsi;
- Anatomiya, elastiklik, tarazlıq, təhlükəsizlik və əks göstərişlər üzrə biliklər;
- Fly Yoga üzrə müvafiq sertifikatın olması üstünlükdür;
- Yüksək ünsiyyət və motivasiya bacarığı;
- Məsuliyyətlilik, pozitiv yanaşma və komandada işləmək bacarığı;
- Azərbaycan dili biliyi; rus və/və ya ingilis dili biliyi üstünlükdür.
Biz təklif edirik
- Peşəkar və dinamik iş mühiti;
- Peşəkar inkişaf və təlim imkanları;
- Stabil və uzunmüddətli əməkdaşlıq;
- Namizədin təcrübə və bacarıqlarına uyğun əməkhaqqı.
İş şərtləri
- İş qrafiki: Həftədə 6 gün, 13:00–21:00
- İş yeri: Aqua Wellness Club, Bakı, 28 May, Rəşid Behbudov küçəsi 55
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.