G Gym Management Company

Fly Yoga məşqçisi (Aerial Yoga Instructor)

Fly Yoga məşqçisi (Aerial Yoga Instructor)

  • Deadline 27 Dekabr 2026

Vəzifə öhdəlikləri

  • Müxtəlif hazırlıq səviyyələrinə uyğun Fly Yoga üzrə fərdi və qrup dərslərinin keçirilməsi;
  • Hamaka daxilolma və çıxma, tarazlıq, dartınma və nəfəsalma texnikalarının öyrədilməsi;
  • Dərsdən əvvəl hamakların və bərkidici elementlərin vizual yoxlanılması, nasazlıqların bildirilməsi;
  • Hərəkətlərin, o cümlədən inversiyaların təhlükəsiz icrasına nəzarət və zəruri dəstəyin göstərilməsi;
  • İştirakçıların hazırlıq səviyyəsi və əks göstərişlər nəzərə alınmaqla hərəkətlərin uyğunlaşdırılması;
  • Müştərilərin inkişafının izlənilməsi və motivasiyasının dəstəklənməsi.

Namizədə tələblər

  • Fly Yoga (Aerial Yoga) üzrə praktiki məşqçilik təcrübəsi;
  • Anatomiya, elastiklik, tarazlıq, təhlükəsizlik və əks göstərişlər üzrə biliklər;
  • Fly Yoga üzrə müvafiq sertifikatın olması üstünlükdür;
  • Yüksək ünsiyyət və motivasiya bacarığı;
  • Məsuliyyətlilik, pozitiv yanaşma və komandada işləmək bacarığı;
  • Azərbaycan dili biliyi; rus və/və ya ingilis dili biliyi üstünlükdür.

Biz təklif edirik

  • Peşəkar və dinamik iş mühiti;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Stabil və uzunmüddətli əməkdaşlıq;
  • Namizədin təcrübə və bacarıqlarına uyğun əməkhaqqı.

İş şərtləri

  • İş qrafiki: Həftədə 6 gün, 13:00–21:00
  • İş yeri: Aqua Wellness Club, Bakı, 28 May, Rəşid Behbudov küçəsi 55

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily4
  • Weekly481
  • Monthly1945