Vakansiyanın tələbləri:
- Təhsil: Ali (maliyyə, iqtisadiyyat, audit, biznes idarəçiliyi və ya əlaqəli sahə);
- İş təcrübəsi: müvafiq sahə üzrə 3 il;
- Rəhbər vəzifədə idarəçilik təcrübəsi;
- Azərbaycan dili: səlis (yazı və danışıq), İngilis dili – yüksək;
- MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər;
- Analitik düşüncə tərzi və problem həll etmə bacarığı;
- Kollektivdə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Şirkətdə daxili nəzarət sisteminin effektiv fəaliyyətini təmin etmək;
- Biznes proseslərində nəzarət boşluqlarını müəyyən etmək;
- Daxili nəzarət prosedurlarının hazırlanması və təkmilləşdirilməsinə rəhbərlik etmək;
- Nəzarət tədbirlərinin icrasını və effektivliyini monitorinq etmək;
- Aşkar edilmiş uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin həyata keçirilməsini izləmək;
- Rəhbərliyə daxili nəzarət üzrə mütəmadi hesabatlar təqdim etmək.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.