Vakansiya haqqında:
- İş rejimi tələbələrin dərs qrafikinə uyğunlaşdırılacaq;
- Təcrübə müqaviləsi hər ay yenilənəcək, və müddəti minimum 3 ay nəzərdə tutulub;
- Müvafiq vakansiya yarandığı təqdirdə özünü peşəkar göstərən təcrübəçilərə tam ştat iş təklif ediləcək.
Vakansiyanın tələbləri:
- Təhsil: Orta/Ali;
- İş təcrübəsi: tələb olunmur;
- Azərbaycan dili: səlis (yazı və danışıq), Rus, İngilis dili arzuolunandır;
- MS Office (Excel, Word) proqramları üzrə orta səviyyədə bilik arzuolunandır;
- Müştəri yönümlülük;
- Analitik təhlil etmə qabiliyyəti;
- Kollektivdə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Müraciət edən abunəçilərə səmərəli və dəqiq cavab vermək, mümkün həll yollarını izah etmək və müştərinin dəyərli olduğunu hiss etməsini təmin etmək;
- Kanalda daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğularını üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
- Müştərinin müraciətlərini effektiv və vaxtında həllini təmin etmək üçün daxil olan/çıxan zəngləri idarə etmək;
- Müştəri ilə müsbət etibarlı münasibət qurmaq və saxlamaq üçün əlavə səy göstərmək.
İş qrafiki: Növbəli
Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.