ƏL/TMM üzrə ekspert

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

ƏL/TMM üzrə ekspert

  • Deadline 7 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vakansiyanın tələbləri: 

  • Ali təhsili (İqtisadiyyat, Maliyyə, Hüquq) olan;
  • Analitik düşüncə tərzi və problem həll etmə bacarığı olan;
  • Müvafiq sahədə ən azı 3-4 il iş təcrübəsi olan;
  • Microsoft Office bilikləri olan;
  • İngilis dili biliyi olan; 
  • ƏL/TMM sahəsini tənzimləyən yerli qanunvericilik bazası və beynəlxalq standartlar üzrə bilikləri olan;
  • IT yönümlü (SQL proqramlaşdırma dili) biliklərin olması üstünlükdür;
  • CAMS və s. beynəlxalq sertifikatların olması üstünlükdür.

Vəzifə öhdəlikləri: 

  • ƏL/TMM qanunvericiliyinin tələblərinə uyğun olaraq müştəri uyğunluğu tədbirlərinin həyata keçirilməsini təmin etmək;  
  • Qeyri-adi və şübhəli əməliyyatların aşkar edilməsi, təhlili və araşdırılmasını həyata keçirmək; 
  • Yüksək riskli müştərilər və əməliyyatlar üzrə davamlı monitorinqlərin aparılmasını təmin etmək; 
  • Müştəri bazasının sanksiya siyahıları ilə uyğunluğunun yoxlanılması və aşkar edilmiş uyğunluqların təhlilini həyata keçirmək; 
  • Maliyyə Monitorinqi Orqanına təqdim edilməli hesabatların hazırlanması, avtomatlaşdırılması və müəyyən edilmiş qaydada təqdim olunmasını təmin etmək; 
  • Sahəvi və institusional ƏL/TMM risk qiymətləndirilməsini həyata keçirmək və nəticələrinə uyğun tədbirlər görmək;
  • Müştərilərin müəyyən edilmiş ƏL/TMM risk meyarları əsasında risk dərəcələrinin müəyyən edilməsini və müvafiq risk qruplarına təsnifləşdirilməsini təmin etmək;
  • Fəaliyyət istiqaməti üzrə digər struktur bölmələrlə məlumat və sənəd mübadiləsini həyata keçirmək, daxil olan sorğuları araşdırmaq və müvafiq rəylər vermək; 
  • ƏL/TMM sahəsi üzrə daxili qayda və prosedurların hazırlanmasında, təkmilləşdirilməsində və onlara dəyişikliklərin edilməsində iştirak etmək.

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

  • Daily0
  • Weekly361
  • Monthly612