Vakansiyanın tələbləri:
- Təhsil: Ali;
- İş təcrübəsi: müvafiq sahə üzrə 1-2 il;
- Azərbaycan dili: səlis (yazı və danışıq);
- MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər;
- 1C 8.3 proqram biliyi üstünlükdür;
- Analitik təhlil etmə qabiliyyəti;
- Kollektivdə işləmək bacarığı;
- Vergi Məcəlləsi üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- Xərclərin və gəlirlərin uçotu, xərclərin və gəlirlərin hesabatını tərtib etmək;
- E-qaimələrin tərtib edilməsi qarşı tərəfə göndərilməsi;
- Bank çıxarışlarını və depozit hesabı üzrə hərəkətləri işləmək;
- Kreditor və debitor öhdəliklərin, material ehtiyyatlarının,pul vəsaitlərinin,dövriyyəsinin və xərclərin, göstərilən xidmətlərin, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin qeydiyyatını aparmaq;
- Elektron portallarında işləmə bacarığı (e-taxes, statistika);
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələrinin və son haqq-hesabın hesablanması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Əsas vəsaitlərin və mal-material ehtiyatlarının uçotunun aparılması, sənədləşmələrinin hazırlanması.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Son müraciət tarixi: 20.07.2024
Müraciət etmək üçün, CV-nizi email adresinə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.