Vakansiyanın tələbləri:
- Təhsil: Ali; Biznes idarəetmə, iqtisadiyyat, maliyyə
- İş təcrübəsi: müvafiq sahə üzrə minimum 3 il
- Azərbaycan dili: səlis (yazı və danışıq); Rus və İngilis dil biliyi əlavə üstünlükdür.
- Biznes inkişafı işinin təşkili və idarə edilməsini bilikləri
- Bazar araşdırılmasının aparılması təcrübəsi
- Partnyorlarla, müştərilərlə işlərin aparılması qaydalarını bilməli
- Enerjili, aktiv, daim öz üzərində çalışan
- Təqdimat bacarığı, yüksək ünsiyyət bacarığı
- Ofis proqramlarını bilməli, (word, excel, PowerPoint və s)
- Əməyin mühafizəsi qayda və normalarına əməl etmək
- Kollektivlə işləmə bacarığı və stresə davamlı
Vəzifə öhdəlikləri:
- Şirkətin məhsul və xidmətləri üçün biznes strategiyası və biznes planlarını hazırlanmasını təşkil etmək
- Mövcud partnyorlara iş keyfiyyətinin artırılmasını təmin etmək
- Şirkətin maliyyə dövriyyəsini artıra biləcək yeni xidmət və ya məhsul yaradılmasında təkliflər vermək
- Şirkətin məhsul və xidmətləri üçün yeni müştərilər cəlb edir və onlarla əməkdaşlıq prosesini həyata keçirmək
- Müştəri xidmətlərindən daxil olan sorğu və ya bazar araşdırması nəticəsində müəyyən edilən potensial müştərilərin müəyyən edilməsini təmin etmək
- Yeni partnyorlarların cəlbini təşkil etmək. (soyuq zəng, online, görüş)
- Əməkdaşlığın İlkin şərtlərin və təklifin təqdim edilməsi
- Müqavilə proseslərini tam nəzarət etmək. (şərtlərin müzakirəsi, təsdiqləmə, imzalama)
- Şirkət daxili aidiyyatı struktur bölmələr ilə məlumat bölgüsünü təmin etmək
- Partnyorlarla və onların məhsul və xidmətləri üçün inteqrasiya proseslərini daim nəzarətdə saxlayaraq icrasını tam təmin etmək
- Nağd və onlayn ödəniş bazarlarında baş verənləri mütəmadi olaraq araşdırır, bu sahədə ən son trendləri öyrənmək
- Öz sahəsində olan təchizatçılarla aparılan işlərə, sifarişlərin vaxtında yerləşdirilməsinə və icrasına nəzarət etmək
- Vəzifə öhdəlikləri çərçivəsində görülən işlər barəsində Şöbə Rəhbərinə həftəlik və aylıq hesabat vermək.
- Şirkətin biznes inkişafı fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələlərdə aktiv iştirak etmək.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət Et butonunda qeyd olunan email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.