Golden Pay Golden Pay
  • 594

Plastik kart və cüzdan şöbəsinin rəhbəri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Plastik kart və cüzdan şöbəsinin rəhbəri

  • Истекает 25 октябрь 2024
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Şöbənin fəaliyyətini təşkil etmək və idarə etmək, şöbə qarşısında duran vəzifələrin icrasını təmin etmək
  • İdarəetmə orqanlarının, işçi kollegial orqanlarının və GoldenPay rəhbərliyinin şöbənin fəaliyyəti ilə bağlı qərarlarının icrasını təmin etmək
  • GoldenPay-in normativ aktlarının və daxili sənədlərinin tələblərinə (şöbənin fəaliyyətinə aid olduğu dərəcədə) riayət etmək
  • Şöbənin fəaliyyətinin bütün sahələrinə nəzarəti təşkil etmək və şöbədə aparılan işlərin məxfiliyini lazımi səviyyədə təmin etmək
  • Şöbənin Əsasnaməsinin və şöbənin ştat cədvəlinin layihəsini GoldenPay-in səlahiyyətli orqanına baxılması üçün təqdim etmək
  • Şöbənin işçiləri arasında vəzifələri bölüşdürmək və şöbə işçilərinin ixtisaslarının artırılmasına yönəlmiş işləri təşkil etmək
  • Şöbənin öz funksiyalarını yerinə yetirmə qaydasını müəyyən edən daxili sənədləri hazırlamaq və GoldenPay-in digər departamentləri ilə razılaşdırmaq, habelə şöbənin öz funksiyalarını yerinə yetirməsi üçün GoldenPay-in digər departament və şöbələri ilə qarşılıqlı fəaliyyət göstərmək
  • Şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə inzibati sənədlərin müəyyən edilmiş qaydada hazırlanaraq təsdiqə təqdim edilməsini təşkil etmək
  • GoldenPay-in daxili sənədləri ilə verilmiş səlahiyyətlərə uyğun olaraq idarəetmə orqanları, işçi kollegial orqanları və rəhbərlik tərəfindən qəbul edilmiş və ya təsdiq edilmiş qərarları həyata keçirmək
  • Müvafiq konsaltinq işlərini yerinə yetirərək (müştəriyə GoldenPay-in plastik kartlarının növləri, plastik kartlarla və elektron cüzdanla ödənişlərin aparılması xüsusiyyətləri haqqında məlumat vermək) GoldenPay-in fərdi və korporativ plastik kartlarının istehsalı və cüzdanların aktivləşdirilməsi üçün müştərilərdən (fiziki və hüquqi şəxslərdən) müraciətləri qəbul etmək (xaricdə və internet üzərindən daxil olan müraciətlər də daxil olmaqla)
  • GoldenPay müştəriləri ilə əlaqələrin vəziyyətinin təhlilini aparmaq və onların inkişafı üçün təkliflər hazırlamaq
  • GoldenPay-in daxili qaydaları çərçivəsində müştərilərə xidmətin keyfiyyətini və səmərəliliyini artırmaq məqsədilə kartlara və elektron cüzdanlara xidmət göstərilməsi üçün vahid texnologiyanın təmin edilməsi və təkmilləşdirilməsi
  • VISA və Mastercard ilə hesablaşmaların və üzləşmələrin təşkili

Tələblər:

  • Ali təhsil
  • PMP, CFA, CPA kimi beynəlxalq sertifikatlar arzuolunandır
  • Bank sahəsində təcrübə üstünlükdür
  • Satış bacarıqları
  • Kredit portfeli ilə işləmək təcrübəsi
  • Kredit məhsulları ilə işləmək bacarığı
  • Məhsulun yaradılması və idarəedilməsi təcrübəsi
  • Rəhbər vəzifəsində 2-3 il iş təcrübəsi
  • Müvafiq sahə üzrə 5 illik iş təcrübəsi
  • MS Office proqramlarını yaxşı bilmək
  • Azərbaycan və Rus dillərini səlis bilmək, İngilis dilini bilmək üstünlükdür

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Müraciət etmək üçün, CV-nizi  email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Sizi İnsan Resursları məmnuniyyət səviyyəsini ölçmək üçün anonim sorğuda iştirak etməyə dəvət edirik: https://forms.office.com/Pages/ResponsePage.aspx?id=Rkl_UklgYES-nKnLg7gYmRZvreCVuNRNkD_tuaWMSJ1UMkcxNElEMU1FQVRXVDlYNklLTUpXTEU1MC4u

  • Daily0
  • Weekly465
  • Monthly371