Vakansiyanın tələbləri:
- Təhsil: Ali (Maliyyə, İqtisadiyyat və müvafiq sahələrdə);
- İş təcrübəsi: müvafiq sahə üzrə ən az 1 il;
- Azərbaycan dili: səlis (yazı və danışıq);
- Məlumat analitikası vasitələri (Python,SQL) üzrə biliklər;
- Kredit risk modelləri üzrə təcrübə;
- Statistik analiz və məlumatlarla işləmə üzrə güclü bacarıqlar;
- Dəqiqlik və detallara diqqət yetirmə qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Kredit riskləri, əməliyyat riskləri və maliyyə risklərini təhlil etmək;
- Borcalanların ödəmə qabiliyyətini qiymətləndirmək üçün maliyyə göstəricilərini və kredit tarixçəsini analiz etmək;
- Risk təhlili üçün statistik və analitik üsullar tətbiq edərək tendensiyaları və risk göstəricilərini müəyyənləşdirmək;
- Yeni məhsullar yaradılarkən əməliyyat və kredit risklərinin müəyyənləşdirilməsi;
- Kredit risk modelləri (PD, LGD, EAD) hazırlamaq və tətbiq etmək;
- Stress testlər və ssenari analizləri həyata keçirərək risk portfelinə təsirləri müəyyənləşdirmək;
- Mövcud modelləri mütəmadi olaraq yeniləmək və effektivliyini təmin etmək;
- Kredit portfelini izləmək və əsas risk göstəricilərini (KRİ) monitorinq etmək;
- Risklərin idarə olunması üçün trendləri təhlil edərək tədbirlər təklif etmək;
- Müxtəlif iqtisadi və bazar ssenariləri əsasında analizlər və stress testlər aparmaq;
- Kredit risklərinin idarə olunması siyasətlərinin hazırlanmasına dəstək olmaq.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Son müraciət tarixi: 30.12.2024
Müraciət etmək üçün, CV-nizi qeyd edilmiş email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.