Vakansiyanın tələbləri:
- Ali təhsil (maliyyə, iqtisadiyyat, audit, risklərin idarə edilməsi, biznes idarəçiliyi və ya əlaqəli sahə);
- Risklərin idarə edilməsi, daxili nəzarət, audit və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi;
- Rəhbər vəzifədə idarəçilik təcrübəsi;
Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə praktiki biliklər;
- MS Office proqramlarında yaxşı səviyyədə bilik;
- Risklərin idarə edilməsi üzrə beynəlxalq standartlar və qabaqcıl təcrübələr haqqında məlumatlılıq;
- Azərbaycan dili: səlis (yazı və danışıq), İngilis dili – yüksək;
- MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər;
- Analitik düşüncə tərzi və problem həll etmə bacarığı;
- Kollektivdə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Şirkətdə risklərin idarə edilməsi sisteminin effektiv fəaliyyətini təmin etmək;
- Biznes prosesləri üzrə maliyyə, əməliyyat, hüquqi və digər riskləri müəyyən etmək və qiymətləndirmək;
- Risklərin idarə edilməsi siyasət və prosedurlarının hazırlanmasına və təkmilləşdirilməsinə rəhbərlik etmək;
- Risklərin azaldılması üzrə tədbirlərin hazırlanmasını və icrasını koordinasiya etmək;
- Risk limitləri və əsas risk göstəricilərinə (KRI) nəzarət etmək və monitorinq aparmaq;
- Aşkar edilmiş risklər və potensial risklər üzrə düzəldici və qabaqlayıcı tədbirlərin həyata keçirilməsini izləmək;
- Rəhbərliyə risklərin vəziyyəti, əsas risklər və onların idarə olunması üzrə mütəmadi hesabatlar təqdim etmək;
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.