Onlayn satış üzrə mütəxəssis

  • Истекает 8 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Goldex şirkəti Onlayn satış üzrə mütəxəssis vakansiyasını elan edir.

Goldex qızıl üzük, sırğa, boyunbağı, bilərzik, komplekt və digər zinət əşyalarını bir kataloqda təqdim edən onlayn mağazadır. Məqsədimiz gündəlik istifadə, hədiyyə və ya toy üçün büdcənizə uyğun modelləri rahat və şəffaf şəkildə seçməyinizə kömək etməkdir.

Hansı özəlliklərə malik olmalıdır?

  • Satış və ya müştəri xidməti təcrübəsi arzuolunandır.
  • Yüksək ünsiyyət və satış bacarığı.
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (Rus dili üstünlükdür)
  • Kompüterdən sərbəst və sürətli istifadə bacarığı.
  • Nəticəyönümlü, operativ və məsuliyyətli olmaq.

Onlayn satış üzrə mütəxəssis nə iş görür?

  • Sosial media, mesajlaşma kanalları və telefon vasitəsilə daxil olan müştəri müraciətlərini cavablandırmaq.
  • Müştərilərə məhsullar, qiymətlər, ödəniş və kredit imkanları haqqında məlumat vermək.
  • Müştərinin ehtiyacına uyğun məhsullar təklif edərək satışı həyata keçirmək.
  • Potensial müştərilərlə təkrar əlaqə saxlamaq və satış prosesini izləmək.
  • Müraciət və satış nəticələrini CRM sistemində qeyd etmək.
  • Müəyyən edilmiş satış hədəflərinə çatmaq.

Əlavə məlumat

  • Əmək haqqı: 600-800 AZN 

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Onlayn satış üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily70
  • Weekly330
  • Monthly811