Satış meneceri-operator

  • Истекает 20 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Goldex Satış meneceri-operator vakansiyasını elan edir.

Sizə məlumat vermək istərdik ki, Goldex komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Vəzifə öhdəlikləri 

  • Kredit təşkilatlarına müraciətlərin yönləndirilməsi
  • Müştərilərdən nağd və nağdsız ödənişlərin qəbul edilməsi
  • Kassa aparatının, POS-terminalın və müvafiq proqram təminatının düzgün istifadəsi
  • Günlük kassa əməliyyatlarının uçotu və gün sonu kassa hesabatlarının hazırlanması
  • Kassa üzrə daxilolma və çıxarılmaların düzgünlüyünə nəzarət
  • Aşkar edilmiş uyğunsuzluqlar barədə dərhal rəhbərliyə məlumat verilməsi
  • Müştərilərə nəzakətli və operativ xidmətin göstərilməsi
  • Daxili qaydalara, maliyyə intizamına və məxfilik tələblərinə riayət edilməsi

Tələblər

  • Komanda ilə işləmə bacarığı
  • Səlis nitq, məsuliyyətlilik
  • Riyazi hesablamalarda dəqiqlik
  • MS Office proqramlarında işləmə bacarığı (1C proqramın bilmək üstünlükdü)
  • Xanım namizədlərə üstünlük veriləcək

Əlavə məlumat

  • 6 günlük iş qrafiki: 10:00 – 18:00
  • Əmək haqqı: 600-800 AZN
  • Ünvan: Şərq Bazarı

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Satış meneceri-operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily94
  • Weekly329
  • Monthly1750