Good Finance MMC Aparıcı mühasib vakansiyası üzrə işçi axtarır:
Tələblər:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Vergi Məcəlləsi və digər aidiyyəti qanunvericilik üzrə biliklər;
- Vergi bəyannamələrinin (Mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyində tutulan vergi, əmlak vergisi, sadələşdirilmiş vergi, “vahid muzdlu” və s.) və digər rəsmi hesabatların hazırlanması üzrə bilik və bacarıqlar;
- 1C proqramından yaxşı istifadə bacarığı;
- Maliyyə hesabatlarının hazırlanması üzrə biliklər.
İş şəraiti
- Əmək haqqı: 1300 - 1700 AZN.
- İş qrafiki: 5 gün, 09:00 – 18:00
CV-ləri Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, başlıqda “Aparıcı mühasib” yazaraq göndərə bilərsiniz.