G Göygöl Şərab Zavodu ASC
  • 185

Göygöl Şərab Zavodu ASC

İçkilərin istehsalı və satışı

Çilingər

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Çilingər

  • Deadline 6 Mart 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək funksiyası

  • Asma (podvesnoy) sistemlərinin (şassis, yaylar, amortizatorlar və s.) təmiri və dəyişdirilməsi.
  • Dayaq və idarəetmə sistemlərindəki nasazlıqları aşkar etmək və düzəltmək.
  • Əyləc sistemlərini (duruş və disk əyləcləri) yoxlamaq, təmir etmək və dəyişdirmək.
  • Hidravlik əyləc sistemlərinin işini yoxlamaq və təmir etmək.
  • Avtomobilin soyutma sistemini (radiator, soyutma mayesi və s.) təmir etmək.
  • Motorun temperaturunun düzgün idarə olunması üçün soyutma sistemindəki komponentləri dəyişdirmək. (radiator, termostat)
  • İstilik sistemlərinin (istilik radiatorları, klima və s.) işləməsini təmin etmək.
  • Qarajın və şassinin struktur hissələrini yoxlamaq və təmir etmək.
  • Avtomobilin struktur hissələrindəki nasazlıqları (pas, zədələnmə və s.) düzəltmək.
  • Mexaniki problemlərin səbəbini aşkar etmək və müvafiq təmir işlərini aparmaq.
  • Mühərrik və digər mexaniki komponentləri montaj etmək.
  • Bərkidilmə və əvəzetmə işləri aparmaq (boltlama, sıxma və s.).
  • Avtomobilin mexaniki işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarına əməl etmək.
  • Avtomobilin mexaniki vəziyyəti ilə bağlı məsləhətlər vermək və düzgün qulluq edilməsi üçün tövsiyələr.
  • Avtomobildəki mexaniki yedək hissələri (məsələn, təkərlər, yastıqlar, mühərrik hissələri) dəyişdirmək.
  • Ehtiyat hissələrinin düzgün seçim və montajını təmin etmək.
  • Nəqliyyat vasitələrinin, avtokarların və traktorların ehtiyyat hissələrinin söküb dəyişdirmək.
  • Mexaniki nasazlıqları aşkarlamaq və aradan qaldırmaq.
  • Nəqliyyat vasitələrinin, avtokarların və traktorların mühərrik yağlarının dəyişilməsi və yağlanması.
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.
  • Müəssisənin SƏTƏM qaydalarına əməl etmək.
  • Digər əməkdaşlarla komanda şəklində işləmək.

Tələblər:

  • Nəqliyyat vasitələrinin, avtokarların və traktorların iş prinsiplərindən biliyi olmalı;
  • Qeyd olunan sahə üzrə minimum 2 ildən az olmayaraq iş stajı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq, sürətli qərar qəbuletmə bacarığına sahib olmaq;

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi-şənbə günləri, saat 09:00 - 17:00 (şənbə 09:00 – 15:00)
  • Nahar fasiləsi 13:00 – 14:00
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
  • İş yeri Göygöl şəhərindədir

Mövzü yerinə “Çilingər” yazıb [email protected]  və  [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur

  • Daily125
  • Weekly282
  • Monthly896