Grand Agro Invitro MMC İstixana istehsalatı üzrə aqronom vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- İstixana və açıq sahələrdə bitkilərin yetişdirilməsi prosesinə nəzarət etmək;
- Bitkilərin inkişaf mərhələlərini izləmək və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsini təmin etmək;
- Suvarma, gübrələmə və bitki mühafizəsi tədbirlərini planlaşdırmaq və icrasına nəzarət etmək;
- Bitki xəstəlikləri və zərərvericiləri müəyyən etmək, profilaktik və mübarizə tədbirləri həyata keçirmək;
- İstehsalat prosesində məhsuldarlığın və keyfiyyətin artırılması istiqamətində təkliflər hazırlamaq;
- Gündəlik istehsalat fəaliyyətinə nəzarət etmək və müvafiq hesabatlar hazırlamaq.
Namizədə tələblər:
- Aqronomluq, bitkiçilik və ya müvafiq sahə üzrə ali təhsil;
- Aqronom vəzifəsində minimum 2 il iş təcrübəsi;
- İstixana şəraitində bitki yetişdirilməsi üzrə bilik və təcrübə;
- Gübrələmə, suvarma və bitki mühafizəsi sahəsində praktiki biliklər;
- Komanda ilə işləmək, planlaşdırma və problemləri operativ həll etmək bacarığı;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Şirkət tərəfindən təklif olunur
- Peşəkar inkişaf imkanları;
- “20 Yanvar” və “Koroğlu” metro stansiyalarından servis xidməti;
- Şirkət tərəfindən naharla təmin olunma;
- Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.
İş yeri: Türkan qəsəbəsi
İş qrafiki: 5 günlük iş həftəsi
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İstixana istehsalatı üzrə aqronom” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.