Grand - Agro İnvitro Grand - Agro İnvitro
  • 137

Grand - Agro İnvitro

Digər

Laboratoriya və İstehsalat üzrə Rəhbər

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Laboratoriya və İstehsalat üzrə Rəhbər

  • Deadline 1 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Türkan qəsəbəsi

Əsas vəzifələr:

İnvitro laboratoriya üzrə:

  • Bitki materiallarının invitro şəraitində yetişdirilməsi və çoxaldılması proseslərini planlaşdırmaq və idarə etmək
  • Steril şəraitin təmin olunması və gigiyena qaydalarına riayət edilməsi
  • Laboratoriya avadanlıqlarının istismarı, profilaktik baxımı və yenilənməsini nəzarətdə saxlamaq
  • Keyfiyyət standartlarına uyğun məhsul istehsalını təmin etmək.

İdarəçilik və istehsalat üzrə:

  • Laboratoriya və istehsalat komandalarının idarə olunması, iş bölgüsünün təşkili və təlim verilməsi
  • İş proseslərinin optimallaşdırılması, məhsuldarlığın artırılması və layihələrin vaxtında icrası
  • Təhlükəsizlik, işçi gigiyenası və normativ qaydalara riayət olunmasının təmin edilməsi
  • Proseslər və istehsalatla bağlı müvafiq hesabatların hazırlanması
  • Yeni texnologiyaların tətbiqi və laboratoriya işlərinin inkişaf etdirilməsi

Tələblər:

  • Ali təhsil (biologiya, aqrar sahə, laboratoriya texnologiyaları və ya əlaqəli sahələr)
  • İnvitro laboratoriya və ya aqrar istehsalat sahəsində idarəçilik təcrübəsi
  • Bitkiçilik, laboratoriya texnologiyaları və steril iş metodları üzrə bilik
  • Komanda idarəetmə və liderlik bacarıqları
  • Analitik düşüncə və problem həll etmə bacarığı

Şəxsi keyfiyyətlər:

  • Məsuliyyətli və təşəbbüskar
  • Nəticəyönümlü və operativ qərar qəbul edən
  • Komanda ilə işləməyə uyğun

Təklif edirik:

  • Peşəkar inkişaf və təlim imkanı
  • Rəqabətli əmək haqqı
  • Karyera yüksəlişi

CV-nizi “Laboratoriya və İstehsalat üzrə Rəhbər” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin

  • Daily36
  • Weekly211
  • Monthly36