Vəzifə öhdəlikləri:
- Potensial müştərilərlə əlaqə qurmaq, onların ehtiyaclarını analiz etmək və satış prosesini izləmək;
- Şirkətin fəaliyyət göstərdiyi bazarda tendensiyalar, rəqiblər və müştəri tələbləri ilə bağlı araşdırmalar aparmaq;
- Mövcud müştərilərlə əlaqələri gücləndirmək, müştəri məmnuniyyətini artırmaq və onların təkrar alış-veriş etməsini təmin etmək;
- Müştərilərin rəy və təkliflərini toplamaq, şirkətin xidmətlərini və məhsullarını inkişaf etdirmək məqsədilə bu məlumatlardan istifadə etmək;
- Satış dinamikasını artırmaq məqsədilə satış nöqtələrinə mütəmadi olaraq ziyarətlərini həyata keçirtmək;
- Satış fəaliyyəti əsasən bitkiçilik və kənd təsərrüfatı sahəsində – xüsusilə ting və calaqaltı məhsullarının satışı üzrə aparmaq.
Tələblər:
- Kənd Təsərrüfatı sahəsində ali təhsil;
- Kənd Təsərrüfatı sahəsində təcrübə arzuolunandır;
- Microsoft Office proqramlarında bilik;
- Satış və Marketinq sahəsində minimum 6 ay təcrübə arzuolunandır.
Biz təklif edirik:
- Satış və Marketinq sahəsində karyera inkişafı və yüksəlişi imkanları;
- Peşəkar bacarıqların inkişafına yönəlmiş təlim imkanları;
- Şirkət tərəfindən nahar təminatı;
- 3 aylıq sınaq müddətini uğurla keçdikdən sonra könüllü tibbi sığorta.
Müraciət:
Əgər qeyd olunan tələblərə uyğun olduğunuzu düşünürsünüzsə və bu vəzifədə karyeranızı inkişaf etdirmək istəyirsinizsə, zəhmət olmasa CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Müraciətiniz diqqətlə nəzərdən keçiriləcək və uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.