SƏTƏM üzrə mütəxəssis

  • Истекает 13 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Grand Agro Invitro MMC SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri

  • Müəssisədə əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin və daxili qaydaların icrasına nəzarət etmək;
  • İstehsalat, laboratoriya, istixana və digər iş sahələrində təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
  • İş yerlərində riskləri qiymətləndirmək, təhlükələri müəyyən etmək və onların aradan qaldırılması üzrə tədbirlər hazırlamaq;
  • İşçilər üçün ilkin, təkrar və növbədənkənar təhlükəsizlik təlimatlandırmalarını təşkil etmək, müvafiq sənədləşməni aparmaq;
  • Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət etmək;
  • İstehsalatda baş verən bədbəxt hadisələrin və təhlükəli halların araşdırılmasında iştirak etmək, qabaqlayıcı tədbirlər hazırlamaq;
  • Yanğın təhlükəsizliyi və fövqəladə hallara hazırlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək;
  • Kimyəvi maddələrin saxlanılması, istifadəsi və utilizasiyası zamanı təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
  • SƏTƏM üzrə mütəmadi yoxlamalar aparmaq, uyğunsuzluqlar barədə hesabatlar hazırlamaq;
  • SƏTƏM sənədlərini, təlimatlandırma jurnallarını və yoxlama aktlarını hazırlamaq və aktual saxlamaq.

Namizədə tələblər

  • Ali təhsil (müvafiq sahə üzrə təhsilə üstünlük verilir);
  • SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə normativ tələblərini bilmək;
  • İstehsalat, istixana və laboratoriya mühitində iş təcrübəsi üstünlükdür;
  • Risklərin qiymətləndirilməsi və təhlükəsizlik yoxlamalarının aparılması üzrə praktiki biliklər;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik, təşəbbüskarlıq və effektiv ünsiyyət bacarığı;
  • SƏTƏM üzrə müvafiq sertifikatların olması üstünlükdür.

Şirkət tərəfindən təklif olunur

  • 5 günlük iş həftəsi;
  • Peşəkar inkişaf imkanları;
  • “20 Yanvar” və “Koroğlu” metro stansiyalarından servis xidməti;
  • Şirkət hesabına gündəlik nahar;
  • Əmək haqqı müsahibə əsasında müəyyən edilir.

İş yeri və müraciət qaydası

  • İş yeri: Bakı şəhəri, Türkan qəsəbəsi
  • İş qrafiki: 5 günlük iş həftəsi

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sətəm üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily72
  • Weekly287
  • Monthly1144