Təsvir
- Direktorun gündəlik iş qrafikinin, görüşlərinin və prioritet tapşırıqlarının idarə edilməsi;
- Təqvimin planlaşdırılması, görüşlərin təşkili, dəyişikliklərin koordinasiyası və iclas nəticələrinin izlənilməsi;
- Daxili və xarici tərəfdaşlarla rəhbər adından peşəkar kommunikasiya və koordinasiyanın təmin edilməsi;
- Rəhbərlik üçün hesabatların, təqdimatların, məktubların və digər biznes sənədlərinin hazırlanması;
- Daxil olan sorğuların və məsələlərin prioritetləşdirilməsi, aidiyyəti struktur bölmələrə yönləndirilməsi və icrasına nəzarət;
- Rəhbərin işgüzar səfərlərinin (aviabilet, otel, logistika və s.) təşkili;
- Rəhbərin iştirak etdiyi layihələr üzrə tapşırıqların izlənilməsi və müvafiq status məlumatlarının hazırlanması;
- Məxfi məlumatların qorunması və rəhbərlik səviyyəsində sənəd dövriyyəsinin idarə olunması;
- Əsas fəaliyyət göstəricilərinin (KPI) izlənilməsi, nəticələrin təhlili və rəhbərliyə müvafiq məlumatların təqdim edilməsi.
- Baş ofislə korporativ idarəetmə (governance) çərçivəsində əlaqələrin koordinasiyası, tələb olunan məlumat və hesabatların vaxtında hazırlanaraq təqdim edilməsinin təmin edilməsi;
Tələblər
- Ali təhsil;
- Sahə üzrə min. 3 il müvafiq iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət bacarığı;
- MS Office proqramlarında yüksək səviyyədə bilik;
- Güclü təşkilatçılıq, planlaşdırma və koordinasiya bacarıqları;
- İşgüzar yazışma və sənəd dövriyyəsinin idarə olunması təcrübəsi;
- Məxfi məlumatlarla işləmə bacarığı;
- Operativ, məsuliyyətli və nəticəyönümlü yanaşma.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.