G Grand Agro MMC
  • 455

KİS (Keyfiyyətin idarəetmə sistemləri) üzrə menecer

KİS (Keyfiyyətin idarəetmə sistemləri) üzrə menecer

  • Deadline 17 July 2025

Təsvir

  • İdarəetmə Sistemi Standartlarının (MSS) tələblərinə riayət edilməsini təmin etmək;
  • İdarəetmə Sistemi Standartları üzrə hesabatların təqdim edilməsi və qiymətləndirilməsi üçün məlumat toplama prosesinə cəlb olunmaq;
  • Təşkilat daxilində İdarəetmə Sistemi Standartları siyasətləri və digər müvafiq tələblər barədə məlumatlı olmaq, onların başa düşülməsini və lazımi ünsiyyətin olmasını təmin etmək üçün metodlar həyata keçirmək;
  • Daxili/xarici auditin planlaşdırılması, hesabatın təqdim edilməsi 
  • Keyfiyyətlə bağlı sənədlərin (siyasət, məqsədlər, proseduralar, iş təlimatları, formalar və s.) işlənib hazırlanması və nəzərdən keçirilməsinə dəstək olmaq;
  • Müvafiq olaraq təşkilati prosedurları/iş təlimatlarını nəzərdən keçirmək və şərh etmək.

Tələblər

  • Müvafiq sahə üzrə bakalavr və ya magistr təhsili 
  • Keyfiyyət təminatı üzrə sertifikatın olması üstünlükdür;
  • Keyfiyyətin idarəolunması ilə bağlı oxşar vəzifələrdə 5 il müvafiq iş təcrübəsi 
  • Keyfiyyət təminatı terminləri, metodları və vasitələri üzrə bilik;
  • İdarəetmə sistemləri üzrə daxili auditlərin planlaşdırılması, keçirilməsi, hesabat olunması və izlənilməsi;
  • Azərbaycan Respublikası Qanunvericiliyi barədə məlumat;
  • İdarəetmə sistemi standartlarını (ISO 9001, ISO 14001, ISO 45001) yaxşı başa düşmək və şərh etmək;
  • ISO 45001:2018, ISO 14001:2015, ISO 9001:2015 Internal/Lead Auditor Certificate – üstünlük verilir;
  • Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı(Word, Excel, Power Point, Outlook);
  • Dəyişən təşkilati və əməliyyat tələbatlarına uyğunlaşma bacarığı;
  • Çoxsaylı tapşırıqları eyni zamanda idarə etmək qabiliyyəti;
  • Komanda daxilində çoxsaylı funksional bölmələr və ixtisaslaşma sahələri üzrə yaxşı işləmək qabiliyyəti; 
  • Güclü müşahidəçi və detallara qarşı diqqətcil olmaq qabiliyyəti;
  • Həm şifahi, həm də yazılı şəkildə yaxşı ünsiyyət qurmaq bacarığı; 
  • Tədbirli və təşəbbüskar olmaq qabiliyyəti;

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə - 5-8 il
  • Təhsil - Bakalavr

İmtiyazlar

  • Könüllü tibbi siğorta (ailə üzvlərini əhatə edən).
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
  • Nahar təminatı
  • Performansdan asılı olaraq bonuslar
  • Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily6
  • Weekly416
  • Monthly2163