Təsvir
- Bağ sahəsində bitkilərin zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizəni təşkil edir
- Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi və proflaktik tədbirlərin kompleks şəkildə həyata keçirilməsində iştirak edir
- Nəzarət etdiyi bağ sahələri üzrə kimyəvi maddələrin, pestisidlərin , mineral və üzvü gübrələrin düzgün saxlanılmasını təmin edir, onlardan istifadə qaydalarını, vaxtını müəyyənləşdirir və sahələrə verilməsini təşkil edir
- Bağçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməsi
- Aqrotexniki tədbirlərin təkmilləşdirilməsi və səmərəliləşdirilməsi ilə bağlı təkliflər verir
- Ərazidə işləyən podratçılara nəzarət, işlərinin koordinasiyası, iş bölgüləri və bütünlükdə işlərin keyfiyyətinə nəzarət
- Sahələr üzrə illik aqrokimyəvi və aylıq aqrotexniki tədbirlər planların hazırlanmasını həyata keçirir
- Əkin sahələrində daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir
- Dövrü məhsuldarlıq planlamasının hazırlanmasında iştirak edir
- Hazırlanmış məhsuldarlıq və yığım planına uyğun olaraq yığım işlərinin həyata keçirilməsini təşkil edir
Tələblər
- Sahə üzrə ali təhsil (magistr təhsili üstünlükdür)
- Müvafiq sahədə 3 il iş təcrübəsi
- İngilis və Rus dillərini bilmək üstünlükdür
- Aqrotexniki və aqrokimyəvi tədbirlər barədə biliklər
- Kənd təsərrüfatı texnikaları ilə bağlı spesifik məlumatlar, işləmə prinsipləri barədə biliklər
- Gübrə, pestisidlərin tərkibi və istifadəsi ilə bağlı məlumatlar (MSDS-lər)
- İdarəetmə təcrübəsi
- Analitik düşünmə bacarığı
- Microsoft Excel, 1C bilikləri
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.