Satış və Marketinq meneceri

  • Истекает 25 октябрь 2026

Təsvir

  • Satış və marketinq strategiya və planlarının icrasını təmin etmək;
  • Pərakəndə satış və distribyutor kanalları üzrə satış, gəlirlilik və paylanma hədəflərini idarə etmək;
  • Bazar, rəqib, qiymət və istehlakçı tendensiyalarını təhlil etmək;
  • Yeni müştəri və satış imkanlarını müəyyən etmək və inkişaf etdirmək;
  • Distribyutor və əsas müştərilərlə əməkdaşlığı idarə etmək;
  • Marketinq kampaniyalarını, təşviqat və ticarət marketinqi fəaliyyətlərini koordinasiya etmək;
  • Brend, rəqəmsal kommunikasiya və mağazadaxili görünürlük fəaliyyətlərini idarə etmək;
  • Satış və marketinq göstəricilərini təhlil etmək və hesabatlar hazırlamaq;
  • Satış və marketinq büdcəsinin icrasına nəzarət etmək;
  • Aidiyyəti struktur bölmələrlə koordinasiyanı təmin etmək.

Tələblər

  • Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;
  • Sürətli istehlak malları sektorunda satış və/və ya marketinq üzrə minimum 5 il, rəhbər və ya nəzarətçi səviyyəsində minimum 2 il təcrübə;
  • Pərakəndə satış, distribyutorların idarə edilməsi və əsas müştərilərlə iş üzrə təcrübə;
  • Analitik və strateji düşüncə;
  • Excel və PowerPoint üzrə yaxşı bilik;
  • Azərbaycan və İngilis dili biliyi;
  • Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
  • Nəticəyönümlülük və təşəbbüskarlıq.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
  • Təlim dəstəyi
  • Yanacaq dəstəyi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly626
  • Monthly2337