Təsvir
- Təhlükəsizlik və fövqəladə hallara hazırlıq təlimlərinin həyata keçirilməsini təmin etmək;
- İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək;
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etmək;
- Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və nöqsanlar barəsində dərhal məlumat vermək;
- Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək;
- Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
- Yanğın təhlükəsizliyinə aid sənədlərin, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanmasına dəstək olmaq, yanğın təhlükəsizliyi (YT) qeydiyyat jurnalında qeydiyyat aparmaq;
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə min. 1 il iş təcrübəsinə sahib olmaq
- SƏTƏM-ə dair yerli qanunvericiliyin tələblərini bilmək
- FHN, Texniki Təhlükəsizlik və Əməyin mühafizəsi qaydaları üzrə sertifikatların olması;
- MC Office proqramlarında işləmə bacarıqları;
- Azərbaycan dili və İngilis (yaxşı), Rus dili (üstünlükdür).
İş şərtləri:
- İş yeri: Türkan qəsəbəsi (20 yanvar və Koroğlu metrolarından servis mövcuddur)
- İş qrafiki: 5 günlük iş qrafiki, iyun - avqust aylarında saat 06:00-14:00, sentyabr-may aylarında saat 08:00-17:00
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
- Təlim və sertifikasiyalar
- Nahar təminatı
- Servis ximdəti
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.