Grand Catering QSC Grand Catering QSC
  • 631

Anbarda Növbə Rəisi

  • Deadline 30 November 2026

📢 Grand Catering QSC vakansiya elan edir | Növbə rəisi axtarışındayıq.

Anbar və logistika sahəsində inkişaf etmək, məhsulların düzgün qəbulu, saxlanması və uçotu proseslərində iştirak etmək və peşəkar komandada çalışmaq istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

 

Vəzifə öhdəlikləri:

🔹 Anbarda növbə rəisi yük daşınmaları, yükün anbara qəbulu və buraxılması prosesində iştirak edir.

🔹 Anbarda növbə rəisi tabeliyində olan işçilərinə rəhbərlik edir, onların fəaliyyətlərini istiqamətləndirir və əlaqələndirir.

🔹 Müvafiq texnologiyaya əsasən, təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasında operativ idarəetmə nəzarətini həyata keçirir.

🔹 Anbara daxil olan və anbardan çıxarılan məhsullar barədə məlumatları müvafiq sistemə daxil etmək.

🔹 Malların keyfiyyəti (keyfiyyətsizliyi) barədə rəhbərliyə məlumat verir.

🔹 Təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət edir.

🔹 İş yerində etik davranışı və əmək intizamını qoruyaraq digər əməkdaşlara nümunə olur.

🔹 Anbar sahəsində olan xüsusi texnika və tərtibatların düzgün istismar edilməsinə nəzarət edir.

🔹 İnventarlaşdırmanın aparılmasında iştirak edir.

🔹 Anbar əməliyyatları ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək.

🔹 İş vaxtından istifadənin yaxşılaşdırılması, əməyin fənd və metodlarından istifadə, ağır, fiziki əməyin aradan qaldırılması, iş şəraitinin yaxşılaşdırılması təşkilinin bütün istiqamətlərindən istifadə edilməsi işlərini təşkil edir.

🔹 İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək istehsalat intizamını pozanlar barəsində tədbir görülməsi haqqında təkliflər verir.

🔹 Müqavilədə müəyyən olunmuş vaxtda malgöndərənlər tərəfindən malların göndərilməsinə və saxlama müddətinə nəzarət edir.

🔹 Alınan malların keyfiyyətinə nəzarət edir.

 

 Tələblər:

🔹 Ali təhsil

🔹 Anbar sahəsində minimum 2 il iş təcrübəsi

🔹 Azərbaycan dili – əla

🔹 MS Office proqramlarında və 1C 8.3 işləmək bacarığı

🔹 Diqqətlilik və detallara yönümlülük

🔹 Məsuliyyətli və operativ yanaşma

🔹 Təşkilatçılıq və idarəetmə bacarığı

 

Sizə nə təklif edirik?

✔️ Şirkət tərəfindən təmin olunan nahar

✔️ Korporativ mobil nömrə və danışıq paketi

✔️ Peşəkar inkişaf və karyera imkanları

✔️ Dinamik və inkişafyönümlü iş mühiti

✔️ Ünvan: Bakı şəhəri, Qaradağ rayonu

 

✔️ Əməkhaqqı : 1100 AZN - NET

 

📩 Maraqlanan namizədlər CV-lərini [email protected] mail ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly539
  • Monthly1