Grand Catering QSC Grand Catering QSC
  • 446

Qida Təhlükəsizliyi üzrə Mütəxəssis

Qida Təhlükəsizliyi üzrə Mütəxəssis

  • Deadline 22 November 2026

📢 Grand Catering QSC vakansiya elan edir | Qida Təhlükəsizliyi üzrə Mütəxəssis axtarışındayıq.

 

Vəzifə öhdəlikləri:

🔹Xammalın, yarımfabrikatların və hazır qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcudluğunu və uyğunluğunu yoxlamaq;

🔹Qida məhsullarının qəbulu, satın alınması, istehsalı, saxlanılması və daşınması proseslərinin qüvvədə olan qanunvericiliyin və sanitariya-gigiyena tələblərininə uyğunluğuna nəzarət etmək;

🔹Qida məhsullarının keyfiyyət göstəricilərini, yararlılıq müddətini, saxlanma şəraitini, temperatur və rütubət rejimini yoxlamaq;

🔹İstehsal və xidmət proseslərində əməkdaşların şəxsi gigiyena qaydalarına riayət etmələrinə, eləcə də iaşə və istehsalat sahələrinin, avadanlıqların və inventarların təmizlənməsi və dezinfeksiyasının müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsinə nəzarət etmək;

🔹İaşə və istehsalat bölmələrində gündəlik, həftəlik və aylıq sanitariya-gigiyena yoxlamalarını aparmaq, nəticələri sənədləşdirmək və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasını izləmək;

🔹Qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların müəyyən edilməsinə, istifadəsinin qarşısının alınmasına və silinməsi prosesinin müvafiq qaydada sənədləşdirilməsinə nəzarət etmək;

🔹Qida təhlükəsizliyi və istehsal proseslərinə nəzarətlə bağlı hesabatları, jurnalları, aktları və digər müvafiq sənədləri hazırlamaq və aparmaq;

🔹Aşkar edilmiş uyğunsuzluqlar üzrə aktlar tərtib etmək, aidiyyəti şəxsləri məlumatlandırmaq və düzəldici tədbirlərin icrasına nəzarət etmək;

🔹Qida məhsulları ilə işləyən əməkdaşların vaxtında tibbi müayinədən keçmələrinə və müvafiq tibbi sənədlərin mövcudluğuna nəzarət etmək;

🔹Qida təhlükəsizliyi ilə bağlı riskləri müəyyən etmək, onların qarşısının alınması və aradan qaldırılması üzrə təkliflər vermək;

🔹Qida təhlükəsizliyi üzrə daxili prosedurların və təlimatların tətbiqinə dəstək göstərmək;

🔹Rəhbərlik tərəfindən vəzifə səlahiyyətlərinə aid edilmiş digər tapşırıqları yerinə yetirmək.

 

 Tələb olunan bilik və bacarıqlar :

🔹Qida texnologiyası, qida təhlükəsizliyi, qida mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;

🔹Qida təhlükəsizliyi, sanitariya-gigiyena normaları, qida məhsullarının saxlanılması və istehsalı üzrə biliklər;

🔹HACCP prinsipləri və qida təhlükəsizliyi idarəetmə sistemləri üzrə biliklər;

🔹Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

🔹Azərbaycan dili – əla, ingilis və rus dilləri – arzuolunandır;

🔹MS Office proqramları üzrə biliklər, 1C bilikləri – üstünlükdür;

🔹Analitik düşünmə, diqqətlilik, məsuliyyətlilik və sənədləşmə bacarığı.

 

Sizə nə təklif edirik?

✔️ Şirkət tərəfindən təmin olunan nahar

✔️ Korporativ mobil nömrə və danışıq paketi

✔️ Peşəkar inkişaf və karyera imkanları

✔️ Dinamik və inkişafyönümlü iş mühiti

✔️ Ünvan: Bakı şəhəri, Sarabski Plaza

 

✔️ Əmək haqqı : 1000-1300 AZN - NET

 

📩 Maraqlanan namizədlər CV-lərini [email protected] mail ünvanına göndərə bilərlər.

  • Daily135
  • Weekly250
  • Monthly2225