Tibbi nümayəndə – Aptek satışları

  • Deadline 21 Sentyabr 2026

Grand Medicine MMC qida əlavələri və sağlamlıq məhsullarının apteklər üzrə satışını həyata keçirmək üçün komandamıza Tibbi Nümayəndə axtarır.

İşin Mahiyyəti

  • Bu vəzifə ofis işi deyil, aktiv sahə və satış işidir.
  • Tibbi nümayəndəyə konkret ərazi təhkim olunur və iş gününün əsas hissəsi həmin ərazidə apteklərin gündəlik ziyarəti ilə keçirilir.

Əsas vəzifələr

  • Təhkim olunmuş ərazi üzrə hər gün aptekləri ziyarət etmək;
  • Grand Medicine məhsullarını təqdim etmək və qiymət təklifləri vermək;
  • Yeni apteklər tapmaq və müştəri bazasına qazandırmaq;
  • Aptek rəhbərləri, müdirləri və qərarverici şəxslərlə əlaqələr qurmaq;
  • Sifarişlər almaq və satış həyata keçirmək;
  • Mövcud apteklərlə davamlı işləmək və təkrar satışları artırmaq;
  • Gündəlik ziyarət və satış nəticələri üzrə hesabat təqdim etmək.

Tələblər

  • Ali təhsil mütləqdir;
  • Azərbaycan dilində səlis danışıq bacarığı;
  • Aktiv, ünsiyyətcil və nəticəyönümlü olmaq;
  • Satış və üz-üzə ünsiyyətdən çəkinməmək;
  • Gün ərzində davamlı sahədə işləməyə hazır olmaq;
  • Planlı, məsuliyyətli və intizamlı işləmək;
  • Öyrənməyə və inkişaf etməyə açıq olmaq.

Tibb, əczaçılıq, biologiya, kimya və əlaqəli sahələr üzrə ali təhsil və satış təcrübəsi üstünlükdür.

Biz nə təklif edirik?

  • 700 AZN sabit əmək haqqı;
  • Satış nəticələrinə əsaslanan əlavə bonus sistemi;
  • Şəxsi avtomobili ilə işləyən əməkdaşlara əlavə 250 AZN yanacaq və avtomobil amortizasiya ödənişi;
  • Məhsul və satış üzrə təlim və rəhbərlik dəstəyi;
  • Müəyyən edilmiş satış ərazisi və sistemli iş planı;
  • Nəticə göstərən əməkdaşlar üçün əmək haqqı və karyera inkişafı imkanı;
  • Bazar ertəsi–Cümə: tam iş günü;
  • Şənbə: qısa iş günü.

Müraciət etməzdən əvvəl diqqətlə oxuyun

  •  Bu vakansiya hər gün sahədə olmağı, aptek-aptek ziyarət etməyi, yeni insanlarla ünsiyyət qurmağı və aktiv satış etməyi tələb edir.
  • Ofis işi axtaran, gün ərzində sahədə işləmək istəməyən, aptekləri davamlı ziyarət etməyə hazır olmayan və satış məsuliyyəti götürmək istəməyən namizədlər üçün bu vakansiya uyğun deyil.
  •  İşin formatı Sizə uyğun deyilsə, xahiş edirik müraciət etməyin.

CV-nizi e-mailin mövzu hissəsində “Tibbi Nümayəndə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily13
  • Weekly579
  • Monthly1755