Öhdəliklər:
- Masaların xidmət üçün hazırlanması, operativ və nəzakətli xidmətin təmin edilməsi;
- Qonaqlara menyuları təqdim etmək və menyu elementləri ilə bağlı aydın təsvirlər və izahlar vermək, sualları cavablandırmaq və ya tövsiyələr vermək;
- Seçim qabağı dəqiq qeydlərin aparılması, operativ şəkildə və nəzakətlə qonaqların sifariş etdiyi qida və içkilərin təqdim olunması;
- Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək;
- Qida və içki menyularını dəqiq bilmək, qonaqlara seçim zamanı əhatəli məlumat vermək;
- Mətbəxə və bara sifarişlərlə bağlı aydın məlumat vermək, sifarişlərin qeydiyyatını restoran qaydalarına uyğun olaraq həyata keçirmək;
- Masaların təmizliyinə nəzarət etmək;
- Zalda masaların düzülüşü, təmizliyi və menyuların yerləşdirilməsi;
- Xidmət sahələri və ətraf ərazilərin təmiz və səliqəli olması üçün davamlı yoxlanışlar etmək;
- Servis alətlərinin və ləvazimatlarının tam və hazır olmasını yoxlamaq, əksikliklərin aradan qaldırılması;
- Qonaqların şikayətlərini və rəylərini nəzərə alaraq keyfiyyətin artırılması üçün tədbirlər görmək;
- Xidmət standartlarına (servis qaydaları, davranış mədəniyyəti, təqdimat tərzi və s.) əməl etmək;
- Şəxsi gigiyena qaydalarına, geyim formasına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
- Restoranın ümumi səliqə-sahmanına nəzarət etmək;
Tələblər:
- Otel, restoran və ya F&B sahəsində iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı;
- İngilis və Rus dili bilikləri səviyyə;
- Yüksək ünsiyyət və qonaqpərvərlik bacarıqları;
- Səliqəli xarici görünüş və nəzakətli davranış;
- Komandada işləmək bacarığı;
- Növbəli iş qrafikində işləməyə hazır olmaq;
- Məsuliyyətli, çevik və diqqətli olmaq;
Fərdi keyfiyyət göstəriciləri:
- Ünsiyyətlilik;
- Müştəriyönümlülük
- Məsuliyyətlilik;
- Satış bacarıqlarının olması;
- Komandada işləmək bacarığı;
- Səlis nitq gülərüz təqdimat və ünsiyyət bacarığı
Əlavə məlumat:
- Əmək haqqı: 600-650 (razılaşma yolu ilə )
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Qidalanma və forma şirkət tərəfindən qarşılanması
- Ünvan: Nizami küç.77 (Tarqovu) Nana Restoran
Vakansiya ilə marağlanan şəxslər CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya (051-277-79-99) Eldar bəy nömrəsi ilə əlaqə saxlaya bilərlər.