İşin təsnifatı:
- Təmizlik cədvəlinin hazırlanması və iş bölgüsünün həyata keçirilməsi;
- Təmizlik işçilərinin rəhbərliyi, motivasiyası və təlimi. İşçilərin performansını izləmək və qiymətləndirmək;
- Təmizlik standartlarının qorunması üçün mütəmadi olaraq yoxlamalar aparmaq və nəticələri analiz etmək;
- Təmizlik məhsulları və avadanlıqlarının monitorinqi, ehtiyacların müəyyənləşdirilməsi və sifarişlərin verilməsi;
- Təmizlik xidmətləri üçün büdcənin hazırlanması, xərclərin izlənməsi və effektiv idarə olunması;
- Təmizlik prosedurlarında təhlükəsizlik və sağlamlıq qaydalarının tətbiq olunması;
- Təmizlik proseslərini optimallaşdırmaq üçün yeni metod və texnologiyaların tətbiqi;
- İllik və aylıq hesabatların hazırlanması, müvafiq rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Ali və orta təhsil;
- Təmizlik sahəsində rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dilində səlis danışmaq rus dili arzu olunandır;
- Kimyəvi vasitə və təmizlik avadanlıqlarından düzgün istifadəni qaydalarını bilmək;
- Komputer bilikləri: MS Office (Word- Excel- Outlook-ElektraWeb) arzu olunandır
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
- Xanım və bəy namizəd tələb olunur
Fərdi keyfiyyət göstəriciləri:
- Ünsiyyətlilik;
- Müştəriyönümlülük
- Məsuliyyətlilik;
- Komandada işləmək bacarığı;
- Səlis nitq gülərüz təqdimat və ünsiyyət bacarığı
Əlavə məlumat:
- Əmək haqqı: razılaşma yolu
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Qidalanma və forma şirkət tərəfindən qarşılanması
- Ünvan: Nizami küç.77 (Tarqovu) Grand Midway Hotel
Vakansiya ilə marağlanan şəxslər CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya (051-277-79-97) nömrəsi ilə əlaqə saxlaya bilərlər.