Namizədə olan tələblər:
- Ali təhsil;
- Ehtiyat hissələri (xüsusən ağır texnikalar) üzrə rəhbər kimi 5 il təcrübə;
- Azərbaycan dili səlis, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək.
Vəzifə öhdəlikləri:
- İllik satış planının hazırlanması və kanallar üzrə bölüşdürülməsi;
- Korporativ müştəri portfelinin idarə olunması və müqavilələrin bağlanması;
- 15 mağazadan ibarət pərakəndə şəbəkənin idarə olunması, mağaza qalığına və kassa intizamına nəzarət;
- İri müştərilərin ehtiyyat hissə, texnika və servis satışı üzrə vahid kurasiyası;
- Powertrain ehtiyyat hissələri kateqoriyasının satışı — kateqoriya üzrə qiymət siyasəti;
- İri Müştərilərin İdarə Edilməsi Şöbəsinin (iri müştərilər, 5 vahid) idarə olunması: hesab planı, sorğuların izlənməsi və eskalasiya;
- Dəqiq əkinçilik və R&D funksiyasının İri Müştərilərin İdarə Edilməsi Şöbəsinin tərkibində idarə olunması;
- Satış tenderlərində iştirak, təklifin hazırlanması və təqdimi (Tədarük bölməsinin qiymət dəstəyi ilə);
- Yerli tələbin toplanaraq Ehtiyyat Hissələrinin Tədarükü Bölməsinə ötürülməsi;
- Debitor borcun izlənməsi və mühasibatlıqla birgə yığım tədbirləri.
İş şərtlərimiz:
- Əmək haqqı: müsahibə əsasında;
- İş qrafiki: Həftəiçi 5 gün (8:30-17:30);
- Servis və nahar mövcuddur;
- Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Ehtiyat Hissələri Departament Müdiri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.