Namizədə olan tələblər:
- Təhsil: Ali;
- AR Əmək Məcəlləsi və İR əməliyyatları üzrə biliklər;
- Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi.
Qeyd: Təcrübəsi olmayan namizədlər təcrübəçi olaraq dəyərləndiriləcək.
Vəzifə öhdəlikləri:
- Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin
hazırlanması, emal edilməsi və arxivləşdirilməsi; - İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi;
- İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması;
- Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi (sənədlərin yığılması, müqavilələrin imzaladılması, sistemdə qeydiyyatın aparılması, şirkətin daxili qaydaları ilə bağlı təlimatların verilməsi);
- İmtiyaz və təminatların verilməsi üçün müraciətin olunması;
- Yeni gələn namizədlərin ofislə tanış edilməsi və rəhbərlik ilə görüşdürülməsi;
- İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, sistemdə və dövlət portalında müvafiq qeydlərin aparılması);
- Digər strukturlardan daxil olan İR ilə bağlı sorğuların cavablandırılması;
- Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması;
- Müvafiq hesabatların rəhbərliyə təqdim olunması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
İş şərtlərimiz:
- Əmək haqqı: 500-600 AZN;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz (Xırdalan, Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı);
- Servis xidməti (20 Yanvar, Gənclik, Sumqayıt).
CV-lərinizi “İR Assistent” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.