Namizədə olan tələblər:
- Ali təhsil;
- Ehtiyyat hissələri üzrə 1 il təcrübə;
- Sürücülük vəzifəsi və şəxsi avtomobil;
- Texniki kataloqlardan istifadə bacarığı;
- Bazar araşdırması etmə bacarığı;
- 1 C və Excel proqramlarından istifadə bacarığı.
Vəzifə öhdəlikləri:
- Ehtiyat hissələrinin daxili bazar araşdırmalarını həyata keçirmək;
- Araşdırma obyekti olan mal çeşidlərinin bazar uyğunluq dərəcələrini müəyyən edə bilmək;
- Hissələrin fiziki təchizatı istiqamətində aktiv iştirak etmək;
- Araşdırdığı məlumatların nəticələndirilməsi üzrə , daxili bazar satınalmaçıları ilə aktiv -birgə fəaliyyət göstərmək.
İş şərtlərimiz:
- Əmək haqqı: Müsahibə əsasında;
- Yanacaq kartı;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz (Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı);
- Servis xidməti (20 Yanvar, Gənclik, Sumqayıt).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kateqoriya üzrə Kiçik Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2362&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.