Namizədə olan tələblər:
- Ali təhsil;
 - Korporativ satış sahəsində 2 illik iş təcrübəsi(Ehtiyat hissələrin və ya avtomobillərin satışı üzrə təcrübə üstünlükdür);
 - Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ingilis dilləri arzuolunandır;
 - Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə işləmək bacarığı;
 - Şəxsi avtomobilin olması üstünlükdür;
 - Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli;
 - Müştəriyönümlü satış etmək bacarığı olmalı;
 - Liderlik keyfiyyətlərinə malik olmalı.
 
Vəzifə öhdəlikləri:
- Bazar araşdırılmalarının aparılması, yeni imkanların müəyyən edilməsi və rəhbərliyə təkliflərin verilməsi;
 - Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması və ehtiyat hissələrin satışını həyata keçirilməsi;
 - Şirkətin satış həcminin artırılmasına dəstək olunması;
 - Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analiz edilməsi;
 - Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması;
 - Müşəri ilə görüşmələr və təqdimatların keçirilməsi;
 - Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması;
 - Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi;
 - Ziyarət nəticələrinin izlənilməsi;
 - Sifarişlərin icra olunması;
 - Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi;
 - Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
 - Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
 - Maliyyə sənədlərinin müştəriyə göndərilməsi;
 - Müştəri ödəmələrinin izlənilməsi.
 
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
 - İş saatları: 08:30-17:30;
 - İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);
 - Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.);
 - Karyera inkişafı imkanları və mehriban kollektiv.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmək və ya https://careers.ram.az/?vacancy=1986&source=UC_65TIFH link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.