İş şəraiti
- Həftədə bir gün istirahət
- Nahar şirkət tərəfindən verilir
- Servis xidməti mövcuddur
- İş yeri; Şıxov
- İş rejimi; Tam ştat
- Əməkhaqqı- 700-1000 azn (Razılaşma əsasında)
Vəzifə öhdəlikləri:
- Şirkətin direktorunun fəaliyyətinin təminatı üzrə işlərin həyata keçirilməsi üçün rəylər təqdim etmək, göstəriş və tapşırıqlarına müvafiq olaraq, şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
- Baş direktorun göstərişlərinə uyğun olaraq, şirkətin struktur bölmələrindən və icraçılarından lazım olan məlumatları toplamaq, onları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək;
- Görüş, müşavirə və yığıncaqların təşkili üçün lazımi hazırlıqları aparmaq (materialların toplanması, referat və arayışların hazırlanması, iştirakçıların məlumatlandırılması və s.).
- Direktorla bərabər şirkətin quruluş bölmələrinin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə şirkətin baş direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək;
- Direktorun göstərişi ilə direktor köməkçisi səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək;
- Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə direktora məlumat vermək;
- Direktor köməkçisi səlahiyyətlərinə daxil olan işin icrası üçün zəruri sayılan hər hansı sənəd və materialları, habelə şifahi məlumatları şirkətin işçilərindən tələb etmək;
- Direktor tərəfindən zəruri tövsiyələr almaq.
Tələblər:
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Direktor köməkçisi olaraq ən azı 1-3 il iş təcrübəsi;
- Kompüter bilikləri; MS OFFİCE ( EXCELL və WORD);
- Operativ və gördüyü işə cavabdehlik;
- Məsuliyyətli və cevik olan namizədlər müraciət etsin
Müraciət qaydası:
- Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına və ya +994 51 882 97 29 nömrəsinə CV göndərə bilərlər. Mövzu hissəsində “Direktor köməkçisi” qeyd edilməsi mütləqdir