G Green City Resort & Residence
  • 1.3K

Green City Resort & Residence

Real Estate Management & Development

Əmək haqqı üzrə mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək haqqı üzrə mühasib

  • Deadline 9 July 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
  • Məzuniyyət haqları, xəstəlik vərəqəsi üzrə ödəmələr, mükafat və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
  • DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sisteminə işlənməsi;
  • Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması;
  • Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;
  • İşçilərin əmək haqqı ilə bağlı suallarının cavablandırılması;
  • Əmək haqqı ilə bağlı dövlət qurumları tərəfindən tələb olunan sənədlərin hazırlanması və sualların cavablandırılması;
  • 1C 8.3 proqram təminatında əmək haqqı modulunun qurulmasında yaxından iştirak və əmək haqları üzrə bütün əməliyyatların proqrama işlənməsi, müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması;
  • Təhtəlhesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması və müvafiq vergilərin tutulması;
  • Baş mühasib tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi.

Namizədə dair tələblər

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat üzrə ali təhsil;
  • Analoji sahə üzrə minimum 3 il iş təcrübəsi; 
  • 1C 8.3 proqramının müvafiq modulunda mükəmməl işləmək bacarığı;
  • Elektron portallarda işləmək bacarığı (e-gov, emas.sosial, e-taxes və s.);
  • Yüksək səviyyədə MS Excel bilikləri;
  • Azərbaycan Respublikasının Əmək və Vergi Məcəllələrini yüksək səviyyədə bilməli;
  • Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyəti maddələrini bilməli;
  • Problemləri həll etmə bacarığı olmalıdır;
  • PMS, ACCA, CİMA sertifikatlarının olması arzuolunandır.

İş şəraiti və təminat

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq müsahibə zamanı müəyyən olunacaq;
  • Nahar və nəqliyyat xidməti ilə təminat;
  • İş rejimi: 6 günlük, şənbə - qısaldılmış iş saatı. 
  • İş yeri: Salyan şossesi, 14 km. Baş Gömrük İdarəsinin yanı.

Digər tələblər
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını
Müraciət Et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərlər.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly660
  • Monthly540