İşin təsviri:
- Qonaqların qarşılanması, FİTNES SPA bölməsində qeydiyyata alınması və xidmətlərlə bağlı məlumatların verilməsini təşkil etmək;
- FİTNES SPA bölməsi üzrə gündəlik işlərə nəzarət etmək və qonaq gözləntilərinin qarşılanması və müştəri məmnuniyyətinin maksimuma çatdırılmasını təmin etmək;
- Müştərilərin qəbul, rezervasiya proseslərinə şəxsən nəzarət etmək;
- Tələb olunduqda SPA və Fitness mərkəzini və proqramları göstərmək üçün qrup tədbirlərinin təşkilatçıları ilə görüşmək;
- SPA gəlirlərinin artırılması məqsədi ilə xüsusi proqramlar işləyib hazırlamaq və müştərilərə təqdim etmək;
- Fitness üzrə təşviqat və media ilə bağlı bütün məsələlərdə hotelin ictimaiyyətlə əlaqələr üzrə şöbəsi ilə səmərəli şəkildə fəaliyyət göstərmək;
- Hotel daxilində bütün şöbələr arasında effektiv kommunikasiyanın təmin edilməsini təmin etmək;
- Tabeliyində olan işçilərin hüquq və vəzifələrini bilməli.
- Standart əməliyyat prosedurlarına dair təlimatın işlənib hazırlanması və ona riayət edilməsini təmin etmək;
- SPA və Fitness Şöbəsi işçiləri və köməkçi işçilərin işə götürülməsi, inkişafı və təliminə yardım göstərmək, peşəkar komanda mühiti yaratmaq, işçi heyətinə təlimlərin verilməsi və heyətin idarə edilməsi;
- Pul, kassa əməliyyatları üzrə gündəlik hesabatların dəqiqliklə hazırlanması üçün daimi təlimləri təşkil etmək;
- SPA inventarlarının uçotuna nəzarət və SPA məhsullarının maksimum xidmətə hazır vəziyyətdə saxlanılmasını təmin etmək;
- Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq;
- Digər şöbə işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti hotelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək;
Xüsusi tələblər:
- Ali təhsil arzuolunandır
- Bu sahədə ən az 5 il təcrübə mütləqdir
- Dil bilikləri - Rus dili əla, ingilis dili arzu olunandır
- MC Office yaxşı səviyyədə bilmək
- Yaş aralığı: 25-50
- Gülərüz və məsuliyyətli olmaq
- Əmək şəraiti:
- Dəyişkən iş qrafiki.
- Nahar şirkət tərəfindən verilir.
- Əmək haqqı razılaşma əsasında + Satışdan bonus
Maraqlanan namizədlərin öz CV Formalarını vəzifə başlığı hissəsində "Fitnes spa meneceri" qeyd edərək qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.