Vəzifə öhdəlikləri:
- Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək.
- Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsini təmin etmək, onların işinə nəzarəti və iş bölgüsünü həyata keçirmək.
- Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək.
- İşçi heyəti üçün vaxtlı vaxtında qiymətləndirmənin təşkil olunması və həyata keçirilməsinə nəzarəti təmin etmək.
- Məhsulları müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək.mətbəxə nəzarət
- Görülən işlərin və xidmətlərin uçotunun təşkilini, istehsal fəaliyyəti üzrə maliyə hesabatların tərtibini həyata keçirmək.
- Restoranın müvafiq iş rejimi əsasında vaxtlı vaxtında açılmasını və bağlanmasını təmin etmək.
- Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək.
- Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarəti həyata keçirmək və təmin etmək.
- Tələb olunan hesabatları tərtib etmək və rəhbərliyə təqdim etmək.
- Müştəri məmnuniyyəti üçün çalışmaq.
İş şəraiti:
- İş yeri: Səbail rayonu
- Əmək haqqı: razılaşma əsasında;
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- İş vaxtı qrafikə əsasən, 6 günlük iş rejimi.
- Nahar+servis şirkət tərəfindən təmin olunur
CV-lər Word və ya PDF formatında, mövzu hissəsində “Restoran meneceri” qeyd etməklə elektron poçt ünvanına göndəriləcəkdir.