G Green City Resort & Residence
  • 982

Green City Resort & Residence

Real Estate Management & Development

Təhlükəsizlik üzrə xidmət rəisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təhlükəsizlik üzrə xidmət rəisi

  • Deadline 5 January 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • Şirkətin  mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakın, habelə əməkdaşlarının nəzarətini təşkil etməlidir
  • Şirkətə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etməlidir.
  • Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini təmin etməlidir.
  • Təhlükəsizlik qaydaları haqqında mütəmadi olaraq bütün işçilərə təlim keçirməlidir.
  • Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalıdır.
  • Şirkət işçiləri tərəfindən iş yerində mümkün ziyan vura biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirlər təşkil etməlidir.
  • Şirkətdə hər hansı bir insidentin baş verdiyi təqdirdə şirkətdaxili qaydalara əsasən daxili araşdırma aparmalıdır.
  • Şirkətdə konfidensial məlumatların yayılmasının qarşısının alınması üçün tədbirlər görməlidir.
  • Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil etməlidir.
  • İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etməlidir.
  • İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək, istehsalat intizamını pozanların cəzalandırılması haqqında təkliflər verməlidir.
  • Daima işin təkmilləşdirilməsinə çalışmalı və bununla əlaqədar rəhbərliyə təkliflər irəli sürməlidir.

Tələblər:

  • 30-55 yaş həddi
  • Ali təhsili olması
  • Təhlükəsizlik sahəsində 7 ildən az olmayaraq iş təcrübəsi
  • rus və ingilis dil bilikləri üstünlükdür
  • İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti
  • Komandada işləmək bacarığı
  • Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təhlükəsizlik üzrə xidmət rəisi” yazaraq mail ünvanına  göndərilməsi xahiş olunur.

  • Daily9
  • Weekly536
  • Monthly1671