Əsas vəzifə öhdəlikləri
- Təmizlik Menecerinə gündəlik əməliyyatların təşkili və nəzarətində köməklik göstərmək
- Layihələr üzrə təmizlik işçilərinin iş bölgüsünü və qrafikini tərtib etmək
- Təmizlik işlərinin keyfiyyətinə nəzarət etmək, yoxlama aktları tərtib etmək
- Lazımi avadanlıq, inventar və kimyəvi maddələrin istifadəsini izləmək
- Yeni işçilərin işə adaptasiyasına və təliminə dəstək olmaq
- Müştərilərdən daxil olan irad və təkliflərin araşdırılmasında iştirak etmək
- Nəzarət etdiyi ərazilərdə əməyin təhlükəsizliyi və gigiyena qaydalarına əməl olunmasını təmin etmək
- Hesabatların (işçi sayı, iş saatları, material sərfiyyatı və s.) hazırlanmasında menecerə kömək etmək
- Əmək intizamının qorunması və daxili qaydaların yerinə yetirilməsinə nəzarət etmək
Tələb olunan bilik və bacarıqlar
- Orta ixtisas və ya ali təhsil
- 3 il xidmət sahəsində iş təcrübəsi (ən azı 1 il təmizlik sahəsində nəzarətçi və ya rəhbər vəzifədə iş təcrübəsi)
- Komanda idarəetmə və iş bölgüsü bacarığı
- Müştəri yönümlü yanaşma və ünsiyyət bacarığı
- Məsuliyyətli, nizam-intizamlı və operativ olmaq
- Microsoft Excel və digər ofis proqramlarını bilməsi üstünlükdür
İş şəraiti
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: müsahibə əsasında
- Forma və avadanlıq şirkət tərəfindən təmin olunur
- Peşəkar inkişaf və yüksəliş imkanı
Ünvan
- Bakı şəh., Yasamal ray., A.Mirzəyev 6c, Statistika komitəsinin yaxınlığı
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təmizlik Meneceri Müavini” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.