Əsas vəzifə öhdəlikləri:
- Tabeçiliyində olan ərazilərin təmizlik işini təşkil etmək.
- Təmizlik işlərinin vaxtında və keyfiyyətlə görülməsini təmin etmək.
- İş bölgüsünün təmizlik işçiləri arasında düzgün bölgüsünü təşkil etmək.
- Təmizlik işinin gündəlik, həftəlik və aylıq qrafikinə uyğun aparılmasına nəzarət etmək.
- Kimyəvi maddələrin düzgün istifadəsinə nəzarət etmək.
- Şirkətə məxsus avadanlıq və maşınların düzgün istifadəsinə nəzarət etmək.
- İşçi personalının təhlükəsizliyini təmin etmək.
- Təmizlik işi gördüyü ərazinin rəhbərliyi ilə daimi olaraq əlaqədə olmaq.
- Təyin olunmuş toplantı, təlimlər və görüşlərdə iştirak etmək.
- Təmizlik işinin inkişafı üçün Layihə Menecerinə öz təkliflərini vermək
- Layihə Menecerinin verdiyi tapşırıqlara vaxtında əməl etmək.
- Baş vermiş neqativ hallar, insidentlər, digər şəxslərin hərəkətləri barədə Layihə Menecerini məlumatlandırmaq (yazılı və ya şifahi)
- Görülən işlər haqqında Layihə Menecerinə gündəlik məlumatlar vermək.
Əsas tələblər:
- Ali təhsilli
- İdarə etmə və təmizlik işinin təşkili sahəsində ən azı 2 il təcrübəyə malik olması
- Yaş həddi 25-40
- Komandada işləmə bacarığı
- İşçi qüvvəsini idarə etmə bacarığı
- Ünsiyyət qurma bacarığı
- Təmizliyə aid olan kimyəvi maddələr və avadanlıqlar haqqında biliklərə sahib olması
- Səhər və axşam növbələrində işləmə bacarığı
- Təşkilatçılıq, operativlik
İş barədə məlumat:
- İş rejimi: 6 günlük
- Ünvan: Yasamal rayonu, Azad Mirzəyev 6c, Statistika komitəsinin yanı
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və savadına görə təyin ediləcək.
Maraqlanan namizədlər, mövzu hissəsində "Təmizlik üzrə Senior Supervayzer" qeyd etməklə, CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçtuna göndərməlidirlər. Yalnız bu sahədə iş təcrübəsi olan namizədlərlə əlaqə saxlanılacaq.