Green Cleaning MMC Green Cleaning MMC
  • 924

Tender üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tender üzrə mütəxəssis

  • Deadline 16 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə aid tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, Biznesin idarə olunması sahəsi üzrə);
  • Dövlət satınalmaları üzrə 1 ildən çox iş təcrübəsi;
  • Yaş həddi: 25-45;
  • “Dövlət satınalmaları haqqında” qanunu bilməli;
  • Təmizlik sahələri üzrə satınalmalarda təcrübəyə üstünlük verilir;
  • Microsoft Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Azərbaycan dili – sərbəst; rus və ya ingilis dilləri üstünlük hesab edilir;
  • Məsuliyyətlilik və hesabatlılıq;
  • Analitik düşünmə və qərarvermə qabiliyyəti;
  • Ünsiyyətcil və kollektivdə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etmək;
  • Qanunda müəyyən edilmiş müddət ərzində dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsini təmin etmək;
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinin təmin edilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
  • Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
  • Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;

İş qrafiki:

  • Həftə içi 5 gün saat 09:00-18:00,
  • Korporativ nömrə (korporativ paket),
  • Əmək haqqı: 800-1200 azn (Namizədin bilik və bacarığından asılı olaraq dəyişə bilər)

İş yeri: Yasamal rayonu, Azad Mirzəyev 6c, Statistika komitəsinə yaxın, Green Cleaning şirkəti

Müraciət etmək istəyən namizədlər mövzu hissədə “Tender mütəxəssisi” yazmaqla   CV-lərini e-mail ünvanına göndərməlidirlər.

Yalnız şərtlərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily81
  • Weekly674
  • Monthly1696