Green Perimeter MMC komandamıza məsuliyyətli, diqqətli və operativ Ofis Meneceri / Kargüzar axtarır.
Vəzifə öhdəlikləri:
- Müəyyən edilmiş şablonlar əsasında müqavilələrin hazırlanması və rəsmiləşdirilməsi;
- Təhvil-təslim aktlarının tərtib edilməsi;
- Akt, qaimə və hesab-fakturaların hazırlanması;
- Sənədlərin kuryer vasitəsilə göndərilməsi və qəbulunun təşkili;
- Daxil olan və göndərilən sənədlərin qeydiyyatının aparılması;
- Ofis üçün zəruri dəftərxana və təsərrüfat mallarının sifariş edilməsi;
- Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün icra olunması;
- Sənəd dövriyyəsinin və ofis işlərinin koordinasiyası.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus və ya ingilis dillərindən ən azı birini yaxşı səviyyədə bilmək (mütləqdir);
- MS Office proqramlarında (Word, Excel, Outlook) işləmək bacarığı;
- Kargüzarlıq və sənədlərlə işləmə sahəsində təcrübə üstünlükdür;
- Məsuliyyətlilik, diqqətlilik və operativlik;
- Yüksək ünsiyyət və təşkilatçılıq bacarığı.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Əmək haqqı: 600 AZN;
- Peşəkar inkişaf və karyera imkanları.
Qeyd: Vakansiya üzrə xanım namizədlərin müraciət etmələri xahiş olunur.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində "Ofis Meneceri / Kargüzar" qeyd olunması xahiş olunur.