Yerinə yetirəcəyi işlər
- İstehsal olunmuş hazır və yarımfabrikat məhsulların, istifadə və tətbiq olunan mal-materialların, saxlanması və buraxılmasının sistemləşdirilməsi və tam nəzarətdə saxlanması üçün anbar fəaliyyətini təşkil edir;
- Müxtəlif materialları: yanacaq, xammal, polufabrikat, hazır məhsul, detallar, alətlər, əşyalar və anbara qəbul edilməsinə, tərəzidə çəkilməsinə, saxlanması zamanı normatıv sənədlərin tələblərinə riayət olunmasına və anbardan buraxılmasına nəzarət edir;
- Qəbul edilən malların qaimə ilə uyğunluğunu yoxlayır və düzgünlüyünə nəzarət edir;
- Əl ilə və yaxud mexanizmlərin köməyilə materialları onların növü, keyfiyyəti, təyinatı və digər əlamətlərə görə anbarda yerləşdirilməsinə nəzarət edir;
- Mal və materialların xarab olmaması və itməməsi üçün tədbirlər görür;
- Anbarda qorunub saxlanılan materialların hərəkəti ilə əlaqədar qeydiyyatların aparılmasını və onların hesabat, uçot sənədlərinin təqdim olunmasını təmin edir;
- Maddi qiymətli mallar dövriyyəsi üzrə əməliyyatları, daxil olmuş məxaric və mədaxil qaimələrini elektron bazaya daxil edir, daimi hesabatlılığı aparır.
Tələblər
Biliklər
- anbar təsərrüfatının təşkilinə aid olan əsasnamə, təlimat və digər normativ sənədləri, mal-material qiymətlilərinə aid olan standartları və texniki şərtləri,
- mal-material qiymətlilərinin yerləşdirilməsi, uçotunun aparılması qaydalarını,
Yumşaq bacarıqlar
- Diqqətlilik və detallara fokuslanma;
- Məsuliyyətlilik və dəqiqlik;
- İntizam və qaydalara riayət;
- Təşkilatçılıq və sistemlilik;
Təhsil - İqtisadiyyat, maliyyə, mühasibat uçotu sahələri üzrə ali təhsil
İş stajı - Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi.
Dil bilikləri - Azərbaycan dili (əla), rus dili arzuolunandır.
Komyuter bilikləri - Microsoft Office (yaxşı), 1C.
İş şəraiti
- İş rejimi: 5 günlük, 09:00-18:00
- Ezamiyyət: Ezamiyyətlərə gedə bilməli
- İş yeri: Astara rayonu, Kalakos kəndi
Əlavə imtiyazalar
- Korporativ nömrə
- Nahar Yeməyi
- Sınaq müddətindən sonra tibbi sığorta
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. (“Anbar meneceri” başlığı ilə göndərməyiniz xahiş olunur)