Korporativ satış üzrə mütəxəssis

  • Истекает 23 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Yerinə yetirəcəyi işlər

  • Şirkət strategiyalarına uyğun olaraq bazarın araşdırılması, müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilər qarşısında məhsul və xidmətlərin tanıtımını həyata keçirmək;
  • Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması;
  • Potensial partnyorlar və müştərilərin tapılması və ilkin əlaqələrin yaradılması;
  • B2B satış ilə bağlı bazar araşdırmalarının aparılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
  • Bazardakı satış qiymətlərinin monitorinqi və rəqiblərin analiz edilməsi;
  • Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
  •  Korporativ müştərilərlə satış üçün danışıqların aparılması və müştəri tələblərinə əsasən təkliflərin hazırlanması;
  • Satışla bağlı sənədləşmə işlərinin (müqavilə, uçot, təhvil təslim və digər) aparılması;
  • Satışın inkişaf etdirilməsi üzrə təkliflər planının hazırlanıb rəhbərliyə təqdim olunması;
  • Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;
  • Satış hədəflərinə çatmaq üçün lazımi marketinq fəaliyyətlərini və məhsul strategiyasına uyğun illik promosyon fəaliyyərlərini planlaşdırıb rəhbərliyə təqdim etmək.
  • Bazar, rəqabətlilik və müştəri analizləri etmək;
  • Sifarişləri qəbul etmək və izləmək, satış hədəflərini yerinə yetirmək, debitor borclarına nəzarət etmək.

Tələblər

Biliklər

  • Əvvəlki satış təcrübəsi və ya satış yönümlü düşüncə tərzi, bilik və bacarıqlar;
  • Müştəri ehtiyaclarını müəyyən etmək və onları qarşılamaq bacarığı;
  • Təqdimat bacarıqları, şirkətin məhsul və xidmətlərini ən effektiv yollarla təqdim edə bilmək;
  • Məhsul və xidmətlərin xüsusiyyətləri, üstünlükləri və rəqabət üstünlükləri barədə bilik;
  • Satış hesabatlarının hazırlanması və satış nəticələrinin təhlili bacarığı;
  • Müştəri bazasının formalaşdırılması və inkişaf etdirilməsi üzrə bilik;
  • Çarpaz satış (Cross-selling) və əlavə satış (Up-selling) texnikaları üzrə bilmək

Yumşaq bacarıqlar

  • Effektiv Kommunikasiya
  • İnandırma və təsiretmə
  • Danışıqlar aparmaq bacarığı
  • Müştəriyönümlülük
  • Vaxtın idarə edilməsi
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
  • Stressə Davamlılıq və Çeviklik

Təhsil - Ali və ya orta ixtisas təhsili

İş stajı - FMCG, HoReCa, B2B və ya distribusiya sahəsində 3 il iş təcrübəsi

Dil bilikləri - Azərbaycan dili (əla),  rus dilini bilmək əlavə üstünlükdür

Komyuter bilikləri - Microsoft Office (yaxşı), CRM proqramları

İş şəraiti

  • İş rejimi:  5 günlük, 09:00-18:00
  • İş yeri: Bakı, Astara, hibrid
  • Ezamiyyət: Ezamiyyətlərə gedə bilməli

Əlavə imtiyazalar

  • Korporativ nömrə
  • Nahar Yeməyi
  • Satış Marşrutuna görə Yanacaq Limiti
  • Təlim Dəstəyi
  • Tibbi sığorta

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər(“Korporativ satış üzrə mütəxəssis” başlığı ilə göndərməyiniz xahiş olunur)

  • Daily128
  • Weekly514
  • Monthly2226