Satınalma mütəxəssisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satınalma mütəxəssisi

  • Истекает 23 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Yerinə yetirəcəyi işlər

  • Müəssisənin Satınalma proseduruna riayət etməli və dövri satinalma planlarının hazırlanmasını təşkil etməli;
  • Müəssisənin təchizatçılar və müqavilələr  bazasını daim nəzarətdə saxlamalı;
  • Satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ofisə, istehsalat sahələrinə çatdırılması, ödənişlərin icrasının izlənməsi;
  • Bazar qiymətlərinin müqayisəli təhlilinin aparılması;
  • Təchizatçılarla layihə şərtlərinin, müddətinin və müqavilə şərtlərinin aydınlaşdırılmasını təmin etməli; 
  • Sərfəli şərtləri təmin etmək üçün təchizatçılar və satıcılarla danışıqlar aparmalı, qiymət və spesifikasiyalar üzrə təklifləri müqayisə etməli;
  • Təchizatçılar və təchizatçılarla mövcud müqavilələrin nəzərdən keçirilməli;
  • Müqavilə imzalanması üçün müvafiq sənədlərin hazırlanmasına nəzarət etməli və müvafiq şöbəyə təqdim etməli;
  • Büdcə məhdudiyyətlərinə uyğun gələn davamlı material axını ilə yanaşı müəyyən sertifikatlara, akkreditasiyaya və sığortaya malik təchizatçıların tapmalı;
  • Etibarlı satıcı və təchizatçılar bazasının yaradılmasında iştirak etməli;
  • Onlayn satınalma sorğuları üçün məhsulların tədqiqi, yerləşdirilməsi və satın alınmasında iştirak etməli;
  • Malların və xidmətlərin satın alınması üçün müqavilələrin və əlavə müqavilələrin hazırlanmasını və icrasınında iştirak etməli;
  • Sorğuya əsasən tələb olunan mal-materialların analiz olunması, xarici bazarlardan məhsulların tapılması;

Tələblər

Biliklər

  • Təchizatçıların seçilməsi və qiymətləndirilməsi
  • Təchizat zəncirindən istifadə təcrübəsi, müqavilələrin hazırlanması və nəzərdən keçirilməsi, faktura və danışıqlar şərtləri haqqında dərin biliklər.
  • Tender, RFQ/RFP və kommersiya təkliflərinin analizi
  • Qiymət və xərc analizi, danışıqların aparılması (Cost Analysis & Negotiation)
  • PO / PR / MR prosesləri və ERP sistemləri ilə işləmə (SAP/1C)

Yumşaq bacarıqlar

  • Effektiv Kommunikasiya
  • Danışıqlar aparmaq bacarığı
  • Vaxtın idarə edilməsi
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
  • Stressə Davamlılıq və Çeviklik

Təhsil - Ali iqtisadi təhsil

İş stajı - Satınalma, təchizat sahəsində ən azı 3 il iş təcrübəsi

Dil bilikləri - Azərbaycan dili (əla),  rus dillərini yaxşı səviyyədə, ingilis dili arzu olunandır

Komyuter bilikləri - Microsoft Office (yaxşı), 1C

İş şəraiti

  • İş rejimi:  5 günlük, 09:00-18:00
  • Ezamiyyət: Ezamiyyətlərə gedə bilməli

Əlavə imtiyazalar

  • Korporativ nömrə
  • Nahar Yeməyi
  • Satış Marşrutuna görə Yanacaq Limiti
  • Təlim Dəstəyi
  • Tibbi sığorta

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər(“Satınalma mütəxəssisi” başlığı ilə göndərməyiniz xahiş olunur)

  • Daily0
  • Weekly388
  • Monthly2102