Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Tech” MMC şirkəti “Aqronom köməkçisi” vəzifəsinə işə qəbul elan edir.
Vəzifə və öhdəliklər:
- Kənd təsərrüfatı məhsullarının istehsal texnologiyası sahəsində biliklər;
- Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri sahəsində biliklər;
- Herbisidlər, fungisidlər, insektisidlər və digər kimyəvi maddələr, onların təsiredici maddələri və istifadəsi sahəsində biliklər;
- Periodik olaraq istixanada yetişdirilən bitkilərlə bağlı hesabatların hazırlanması.
- Məsuliyyət daşıdığı istixana daxilində yığım proqramlarını, gübrələmə-dərmanlama prosesini izləmək və bu işlərin görülməsini təmin etmək;
- İşçi qüvvəsi və texnikadan səmərəli istifadə olunması üçün əməyin düzgün təşkili və iş normalarının yerinə yetirilməsinə nəzarət etmək;
Tələblər və təminatlar:
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili (üstünlükdür);
- Təhsil: Ali təhsil (Aqrar sahə ilə əlaqədar)
- İş təcrübəsi tələb olunmur;
- Analitik düşünmə qabiliyyəti,operativlik və çeviklik;
- İş yeri (Zirə qəsəbəsi ərazisindədir);
- İş rejimi 6 günlük.
- Nahar və Servis şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin edilir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aqronom köməkçisi” şəklində göstərməyiniz xahiş olunur.