Elektrik ustası

  • Истекает 16 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Tech” MMC şirkəti “Elektrik ustası” vəzifəsi üzrə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər

  • Elektrik aparatlarının və cihazlarının iş prinsiplərini bilməli;
  • Təmir edilən avadanlıqların konstruktiv xüsusiyyətlərini, mexanizmini, təmir, quraşdırma və montaj metodlarını, həmçinin təmir olunmuş avadanlığın dəqiqlik və sınaq yoxlamalarını bilməli;
  • Texnikaların elektrik hissələrinin təmir öncəsi periodik baxım və texniki xidmət işlərini yerinə yetirməyi bacarmalı;
  • Elektrik qurğularının, avadanlıqların və mexanizmlərin texniki vəziyyətini daimi nəzarətdə saxlamalı, aşkar olunan xırda nasazlıqları operativ şəkildə aradan qaldırmalı;
  • İstifadə olunan avadanlıqların normal və təhlükəsiz işləməsini təmin etməli.

Tələblər

  • Təhsil: Ali  və ya orta ixtisas təhsili (Elektrik sahəsi üzrə);
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu yaxşı bilməli;
  • Detallara qarşı diqqətli, intizamlı və məsuliyyətli olmalı;
  • Planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqlarına sahib olmalı;
  • Yaş həddi: 25–40;
  • Məsuliyyətli, dəqiq və kollektivlə işləmək bacarığına malik olmalı.

İş barədə məlumat

  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • İş yeri: Binə qəsəbəsi;
  • Koroğlu metro stansiyasından servis avtobusu mövcuddur;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Əmək haqqı: 900–1000 AZN (namizədin bilik və bacarıqlarına əsasən).

Göstərilən tələblərə cavab verən namizədlər CV-ni Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.Emailin mövzu hissəsində “Elektrik ustası” yazılması xahiş olunur.

  • Daily0
  • Weekly124
  • Monthly1420