Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Tech” MMC şirkəti “İnsan resursları və inzibati işlər üzrə kiçik mütəxəssis” vəzifəsinə işə qəbul elan edir.
Vəzifə və öhdəliklər:
- Fəhlə və texniki işçilər üzrə açılmış vakansiya üzrə işçi axtarışını həyata keçirir;
- İnzibati işlərə nəzarət edir;
- İşçilərlə əlaqələr saxlayır və onların müraciətlərini dinləyir;
- İşçilərin davamiyyətini izləyir və müvafiq qeydlər aparır;
- 1C proqramında tələbləri açır.
- Şəxsi işləri formalaşdırır.
Tələblər:
- İş təcrübəsi 1 il və daha yuxarı
- Yaş həddi 25-50
- Təhsil: Ali təhsil
- Kompüter bilikləri: MS Office, Outlook, 1C
İş şəraiti
- Əmək haqqı razılaşma yolu ilə
- Nahar və servis xidməti şirkət tərəfindən təmin edilir.
- İş yeri Bakı şəhəri Şüvəlan qəsəbəsi ərazisindədir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnsan resursları və inzibati işlər üzrə kiçik mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur.