Vəzifə öhdəlikləri:
- İxrac olunan məhsulların keyfiyyət göstəricilərinə uyğunluğunu yoxlayır, Keyfiyyətə nəzarət təlimatına istinadən uyğun olmayan məhsulların ixracını dayandırır;
- İxrac olunan şitillərin keyfiyyət göstəricilərinə uyğunluğunu yoxlayır, Keyfiyyətə nəzarət təlimatına istinadən uyğun olmayan şitilin ixracını dayandırır;
- İstixana və şitilxanada həftəlik monitorinqlər aparır (sahə mövsümə uyğun olaraq dəyişilir), çıxan uyğunsuzluqlarla bağlı hesabatlar verir;
- İSO 22000:2018 Qida Təhlükəsizlik Standartına , ISO 9001:2015 və Global Gap standartına cavab verən formların tətbiqini izləyir;
- Ön şərt planına əsasən İstehsalat və ona yardımçı sahələri ayda 1 dəfə yoxlayır, aşkar edilən uyğunsuzluqları müvafiq şöbələrə yönləndirir;
- İSO 22000:2018 Qida Təhlükəsizlik və İSO 9001:2015 Standartına uyğun olaraq təlimatları, prosedurları yazır, uyğun formları hazırlayır;
- Global GAP standartına uyğun olaraq təlimatları, prosedurları yazır;
- Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları icra edir.
Tələblər:
- Ali təhsil;
- İSO 22000:2018 Qida Təhlükəsizlik standartı , Global Gap , ISO 9001:2015 sertifkatları
- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi (istehsal sahəsində təcrübəyə üstünlük verilir);
- MS Office proqramlarında işləmək bacarığı
- B kateqoriyalı sürücülük vəsiqəsi olan bəy namizəd
- Diqqətli, məsuliyyətli və operativ olmaq
- Komandada işləmək bacarığı
İş barədə məlumat
- Əmək haqqı razılaşma əsasında
- İş yeri: Binə qəsəbəsi
- İş vaxtı: 5 günlük iş qrafiki.
- Nahar və servis şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyətə və prosesə nəzarət üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.